...

Azərbaycanda keçiriləcək Parlament seçkisi ilə bağlı icra hakimiyyəti orqanları başçılarına tapşırıqlar verilib - Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 23 Avqust 2010 11:46 (UTC +04:00)
Azərbaycanda keçiriləcək Parlament seçkisi ilə bağlı icra hakimiyyəti orqanlarının başçılarına tapşırıqlar verilib.
Azərbaycanda keçiriləcək Parlament seçkisi ilə bağlı icra hakimiyyəti orqanları başçılarına tapşırıqlar verilib - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanda keçiriləcək Parlament seçkisi ilə bağlı icra hakimiyyəti orqanlarının başçılarına tapşırıqlar verilib.

"İcra hakimiyyəti orqanları başçılarına tapşırılıb ki, təbliğat üçün ayrılan yerləri hər kəsə istifadə etmək üçün şərait yaratsınlar", - Trend-in məlumatına görə, bunu bazar ertəsi Mərkəzi Seçki Komissiyasında DSK sədrləri üçün ixtisaslaşdırılmış kursların başlanması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.


Nağdəliyev deyib ki, bələdiyyə seçkilərində bəzi məntəqələrdə qanun pozuntuları baş verib ki, onların nəticələri də ləğv olundu.

"Azərbaycan Prezidenti də bu qanun pozuntularına görə, Naftalan icra başçını vəzifədən azad edib. Parlament seçkilərində bu mövqe daha da sərtləşəcək", - Nağdəliyev əlavə edib.

Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, 2009-cu il bələdiyyə seçkilərində ondanöncəki seçkilərlə müqayisədə çox az qanun pozuntusu yol verilib.

Nağdəliyev seçkilərə hazırlıqla bağlı deyib ki, sentyabrın 1-nə 62 məntəqənin yeri dəyişəcək, 1 076 məntəqənin təmir işləri aparılacaq.

Azərbaycanda noyabrın 7-də Parlament seçkisinin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti