...

Türkiyə vətəndaşları Gürcüstan sərhədini qanunsuz keçməyə səy göstərdiklərinə görə, cərimə ödəməklə canlarını qurtarıblar

Siyasət Materials 23 Avqust 2010 15:29 (UTC +04:00)
Türkiyə vətəndaşları Gürcüstan sərhədini qanunsuz keçməyə səy göstərdiklərinə görə, 2 min lari cərimə verməklə canlarını qurtarıblar.
Türkiyə vətəndaşları Gürcüstan sərhədini qanunsuz keçməyə səy göstərdiklərinə görə, cərimə ödəməklə canlarını qurtarıblar

Gürcüstan, Tbilisi, 23 avqust /Trend, müxbir N.Kirsxaliya/

Türkiyə vətəndaşları Gürcüstan sərhədini qanunsuz keçməyə səy göstərdiklərinə görə, 2 min lari cərimə verməklə canlarını qurtarıblar.

Trend-ə Sərhəd Polisindən verilən məlumata görə, Batumi Şəhər Məhkəməsi Türkiyə vətəndaşları Fəttar Suna, Rəmzi Günəş və Muləzim Tumarla prosesual razılaşmanı bəyənib və onların hər birini Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə səy göstərdiklərinə görə 2 min lari cərimə edib.

Vətəndaşlar avqustun 15-də altıncı sərhəd sektorunda (Çiruxi) saxlanılıblar.

Xəbər lenti

Xəbər lenti