...

Azərbaycanda parlament seçkiləri zamanı DSK-ların qərarları əsaslandırılmalıdır - Ali Məhkəmənin hakimi

Siyasət Materials 25 Avqust 2010 17:19 (UTC +04:00)
Parlament seçkiləri zamanı dairə seçki komissiyalarının (DSK) qərarları əsaslandırılmalı və geniş tərtib olunmalıdır.
Azərbaycanda parlament seçkiləri zamanı DSK-ların qərarları əsaslandırılmalıdır - Ali Məhkəmənin hakimi

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Parlament seçkiləri zamanı dairə seçki komissiyalarının (DSK) qərarları əsaslandırılmalı və geniş tərtib olunmalıdır. Bu barədə çərşənbə axşamı Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev DSK sədrləri üçün keçirilən təlimdə bildirib.

"Seçkilər zamanı əsas narahatlıq doğuran məsələ DSK-ların qərarlarının əsaslandırılmaması, qeydə alınmadan imtina olunmasıdır", - o deyib.

Hakim tövsiyə edib ki, DSK qərarlarından məhkəməyə verilən şikayətlərə məhkəmədə baxılarkən peşəkar şəxslər məhkəməyə nümayəndə kimi göndərilməlidir.

"Həmin şəxslər qərarın düzgünlüyünü əsaslandırmalıdır. Amma təcrübədə göndərilən nümayəndələr əsaslandırma apara bilmir. Sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyündən bu məsələyə DSK-lar diqqət yetirməlidirlər", - hakim bildirib.

Qeydiyyatdan imtina ilə bağlı məsələyə toxunan Mirzəliyev deyib ki, hakimlər, hərbçilər və din xadimləri namizədliklərini verə bilməzlər.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası avqustun 23-də dairə seçki komissiyaları sədrlərinin ixtisaslarının artırılması üzrə kurslara başlayıb.

MSK 2007 və 2009-cu illərdə də dairə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisasartırma kursları keçirmişdi.

Azərbaycanda parlament seçkilərinin noyabrın əvvəllərində keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti