...

İran Xəzər dənizinin ekologiyasının müdafiəsinə dair Konvensiyanın icrası məsələsini araşdırır

Siyasət Materials 25 Avqust 2010 18:09 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyi və Ekologiya və Ətraf Mühitin Mühafizəsi Təşkilatının nümayəndələri İranda Xəzər dənizinin ekologiyasının müdafiəsinə dair Konvensiyasının icrası məsələsini araşdırmaq məqsədi ilə ölkə XİN-ində iclas keçiriblər.
İran Xəzər dənizinin ekologiyasının müdafiəsinə dair Konvensiyanın icrası məsələsini araşdırır

İranın Xarici İşlər Nazirliyi və Ekologiya və Ətraf Mühitin Mühafizəsi Təşkilatının nümayəndələri İranda Xəzər dənizinin ekologiyasının müdafiəsinə dair Konvensiyasının icrası məsələsini araşdırmaq məqsədi ilə ölkə XİN-ində iclas keçiriblər. Bunu İranın Ekologiya Təşkilatı rəhbərinin dəniz məsələləri üzrə müavini Məhəmməd Bağır Nəbəvi deyib. Məlumatı İranın FARS xəbər agentliyi yayıb.

Onun sözlərinə görə, iclasda Xəzər dənizinin ekologiyasının müdafiəsinə dair Konvensiyasının və onun əlavə protokollarının icarsı məsələsi araşdırılıb.

Nəbəvinin sözlərinə görə, iclasda İran Prezidentinin Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsi üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə, İranın Ekologiya və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Məhəmməd Cavad Məhəmmədizadə və digər aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti