...

Azərbaycanda Parlament seçkilərinin demokrartik keçirilməsi üçün polis üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək - DİN (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 Avqust 2010 12:38 (UTC +04:00)

RED. əlavəsi: 5-ci abzasdan sonra daxili işlər naziri müavininin fikirləri əlavə olunub

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Daxili İşlər Nazirliyi bəyan edir ki, Parlament seçkilərinin demokrartik, şəffaf keçirilməsi üçün polis üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

"Seçkilərin demokrartik, şəffaf keçirilməsi üçün polis üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək. Polis üzərinə düşən ciddi məsələlərə operativ reaksiya verəcək", - Trend-in məlumatına görə, bu barədə cümə günü dairə seçki komissiyaları sədrlərinin ixtisasartırma kursları zamanı görüşündə daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

Azərbaycanda Parlament seçkilərinin noyabrın əvvəllərində keçirilməsi planlaşdırılır.

Zalov, həmçinin, qeyd edib ki, DİN avqustun 18-də seçkilərlə bağlı xüsusi tədbirlər planı hazırlayıb.

"Plana görə, noyabrın 5-9-dək polis xüsusi gücləndirilmiş iş rejimində işləyəcək. Exit-poll-un keçirilməsinə əsassız müdaxilələrin qarşısının alınması, ayıq-sayıqlığın artırılması, ictimai asayişin qorunması üçün polislər gücləndirilmiş rejimdə çalışacaqlar", - Zalov əlavə edib.

DİN rəsmisi bildirib ki, seçki prosesi zamanı dairə seçki komissiyalarının, seçki məntəqələrinin mühafizəyə götürülməsi, namizədlərlə görüş keçiriləcək binaların aidiyyəti qurumlarla müayinəsinin aparılması, xarici müşahidəçilərin təhlükəsizliyinin təmini, ictimai yerlərdə, küçələrdə nəzarətin gücləndirilməsi üçün polis post-patrul dəstələrinin sayı artırılacaq.

Nazir müavininin sözlərinə görə, sentyabrın 1-dən 9-dək Bakının Nərimanov rayonunda, Gəncə, Mingəçevir, Yevlax şəhərlərində, Xaçmaz və digər bölgələrdə seçki prosesinə hazırlıqla bağlı zona-seminar məşğələləri keçiriləcək.

Zalov bildirib ki, noyabrın 6-dək 18 yaşı tamam olmuş şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi işinə ciddi nəzarət olunacaq və onlar şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar.

Xəbər lenti

Xəbər lenti