...

Azərbaycanda müxalifət partiyaları "İslahat" seçki bloku yaradıblar

Siyasət Materials 28 Avqust 2010 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda müxalifət partiyaları daha bir seçki bloku yaradıblar.

Trend-in məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyaları arasında "İslahat" seçki blokunun yaradılması haqqında razılıq əldə olunub.

Seçki blokunun yaradılması ilə bağlı hər üç partiya bazar ertəsi keçiriləcək tədbirdə saziş imzalayacaq.

Artıq müxalif Demokrat və Ümid partiyaları "Qarabağ" seçki bloku yaradıblar. Həmçinin, müxalif Liberal, Yaşıllar , Vətəndaş və İnkişaf partiyaları da seçki blokunun yaradılmasını elan ediblər.

Azərbaycanda parlament seçkilərinin noyabrın 7-də keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti