...

İtaliya XİN başçısının Azərbaycana rəsmi səfəri təxirə salınıb

Siyasət Materials 31 Avqust 2010 11:18 (UTC +04:00)
İtaliya xarici işlər naziri Franko Frattininin Azərbaycana sentyabrın 7-nə nəzərdə tutulmuş rəsmi səfəri müvəqqəti olaraq təxirə salınıb. Bu barədə çərşənbə axşamı Azərbaycanın İtaliyadakı səfiri Emil Kərimov məlumat verib.
İtaliya XİN başçısının Azərbaycana rəsmi səfəri təxirə salınıb

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir S.Ağayeva/

İtaliya xarici işlər naziri Franko Frattininin Azərbaycana sentyabrın 7-nə nəzərdə tutulmuş rəsmi səfəri müvəqqəti olaraq təxirə salınıb. Bu barədə çərşənbə axşamı Azərbaycanın İtaliyadakı səfiri Emil Kərimov məlumat verib.

Səfərin təxirə salınması son vaxtlar İtaliya Parlamentində yaranmış vəziyyətlə əlaqədardır.

Bu il iyulun sonlarında İtaliyanın hakim partiyası Parlamentdə çoxluğu itirib. Bu, Baş nazir Berluskoninin rəqibi, Deputatlar Palatasının sədri Canfranko Fininin 34 deputat və 11 senatoru yeni yaratdığı "Gələcək və azadlıq" qrupuna cəlb etməsindən sonra baş verib. Ölkədə növbədənkənar Parlament seçkiləri keçirilə bilər.

İtaliya xarici işlər naziri Azərbaycana həmkarı Elmar Məmmədyarovun dəvəti ilə səfər etmək niyyətindədir. Bakıda siyasi və iqtisadi sahələrdə ikitərəfli və regional əməkdaşlığın aktual məsələlərinin müzakirə olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti