...

BMT ekspertləri İranda etnik və dini azlıqlara qarşı repressiyaları tənqid ediblər

Siyasət Materials 31 Avqust 2010 20:17 (UTC +04:00)
BMT ekspertlərindən ibarət qrup İranda etnik və dini azlıqlara, o cümlədən bəhai icmasının üzvlərinə qarşı davam edən repressiyalarla bağlı narahatlığını ifadə edib.
BMT ekspertləri İranda etnik və dini azlıqlara qarşı repressiyaları tənqid ediblər

BMT ekspertlərindən ibarət qrup İranda etnik və dini azlıqlara, o cümlədən bəhai icmasının üzvlərinə qarşı davam edən repressiyalarla bağlı narahatlığını ifadə edib. Bu barədə beynəlxalq bəhai icmasının rəsmi məlumatında deyilir.

Məlumata əsasən, beynəlxalq bəhai icması ekspertlərin İranın bəhailəri təqib etməsi, dini, etnik və irqi ayrı-seçkilik kimi bölüşdürməsi fikirlərini alqışlayıb.

"Bu fikir böyük əhəmiyyətə malikdir, çünki beynəlxalq ekspertlərin, o cümlədən İrana dost olan çoxlu ölkələrin irqi ayrı-seçkilik məsələsi ilə bağlı fikirlərini təcəssüm etdirir", - beynəlxalq bəhai icmasının BMT-dəki nümayəndəsi Diana Alai deyib.

Cümə günü keçirilən iclasda İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitə "İranda milli azlıqlar, məsələn, ərəblər, azərbaycanlılar, bəlucilər, kürdlər və bəhailər nə üçün ölkənin ictimai həyatında belə zəif təmsil olunublar" sualı ilə çıxış edib.

"İranın tənqid edilməsi hətta diplomatik dillə yumşaq formada bildirilsə də, dünya ictimaiyyətinin İranda böyük qeyri-müsəlman icması olan bəhai icmasının davam edən təqibinə, bu ölkədə bütün vətəndaşların hüquqlarının pozulmasına göz yummadığına sübutdur", - o deyib.

İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitə İranı bütün belə icmaların nümayəndələri ilə tanış olmağa çağırıb ki, bu da dövlətə onların konkret tələblərini müəyyən etməyə və iqri ayrı-seçkiliklə mübarizə və bu icmaların ictimai həyatına aid bütün sahələrə toxunan çatışmazlıqlar üzrə effektli fəaliyyət planı, proqram və dövlət siyasətini tərtib etməyə imkan verir.

Tövsiyələr avqustun 4-5-də Komitənin iclasına ölkədə insan hüquqlarının pozulması ilə bağlı hesabatları təkzib etməyə gələn İran nümayəndə heyəti ilə ardıcıl fikir mübadilələrindən sonra edilib.

Komitə üzvləri, o cümlədən Braziliya, Hindistan və Türkiyə kimi İranla dostluq münasibətləri olan ölkələrin nümayəndələri İranın İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tövsiyələrinin yerinə yetirilməsinə istiqamətlənən səylərinə şübhə ilə yanaşırlar. Onların yerinə yetirilməsinə nəzarəti Komitə həyata keçirir.

İnsan hüquqlarının müdafiəsi üzrə qruplar tərəfindən təqdim edilən alternativ məruzələr daha tənqidi xarakter daşıyıb. Həmin məruzələrdə deyilir ki, 2005-ci ildən etibarən bəhailər artan özbaşına həbs və tutlmalarla, mülkiyyətlərinin dağılması ilə, təhsil, məşğulluq və ictimai həyatda iştirakla bağlı edilən çoxsaylı imtinalarla qarşılaşmağa başlayıblar.

"2010-cu ildən etibarən bəhai davamçılarının çoxu azadlıqdan məhrum ediliblər", - İnsan Hüquqları üzrə Beynəlxalq Federasiya (FIDH), İranın İnsan hüquqlarının müdafiəsi liqası (LDDHI), eləcə də İnsan hüquqlarının müdafiəçiləri Mərkəzinin (DHRC) birgə məruzəsində deyilir.

Komitə İranın bəhailərə qarşı göstərdiyi münasibətlə bağlı dəfələrlə fikrini bildirib. 2003-cü ilin məruzələrində Komitə narahatlıq hissi ilə qeyd edib ki, bəzi azlıqlara, o cümlədən bəzi hüquqlardan məhrum olan bəhailərə qarşı ayrı-seçkiliklə bağlı təsvir edilən hallar, etnik və dini əlamətlərə görə ayrı-seçkilik xarakteri daşıyır.

Komitə 2003-cü ildə İrana bütün şəxsləri irqi, milli və ya etnik əlamətlərə görə heç bir ayrı-seçkiliyə yol verməyərək fikir, vicdan və dini etiqad azadlığı ilə təmin etməyi tövsiyə edib. Bundan başqa, müxtəlif mənsubiyyətə malik tələbələrə öz dini etiqadlarını göstərmədən universitetlərə daxil olmağa icazə verməyi də tövsiyə edib.

Alai qeyd edib ki, Komitənin başlıca vəzifəsi irqi ayrı-seçkiliyin ləğvi olsa da, bu tövsiyə sıxışdırılmaların bütün formalarına, o cümlədən dini sıxışdırılmalara toxunur.

"Bəhai icmasının üzvləri müxtəlif etnik qrupların nümayəndələridirlər, lakin Komitənin İranın bəhai icmasına qarşı dini ayrı-seçkiliyi faktını aşkar etməsi ona işarə edir ki, bu gün İranda bəhai və digər dini azlıqların sıxışdırılması nə dərəcədə dərindir", - o qeyd edib.

"Bundan başqa, İran tərəfinin diqqətli sorğusu İranın insan hüquqlarının pozulması baxımından səylərinin müdafiə edilməsinə beynəlxalq ictimaiyyətin şübhə ilə yanaşdığını göstərdi", - Alai bildirib.

Xəbər lenti

Xəbər lenti