Türkmənistan: Mərkəzi Asiyanın geoiqtisadi və geosiyasi nəhəngi – Trend-in icmalçısı

Türkmənistan: Mərkəzi Asiyanın geoiqtisadi və geosiyasi nəhəngi – Trend-in icmalçısı

Trend-in Avropa redaksiyasının rəhbəri Aynur Qasımova

Türkmənistan əlverişli geosiyasi baxımdan Mərkəzi Asiyada əsas rol oynayır. Lakin geosiyasi aspekt ölkənin dünya ictimaiyyəti tərəfindən cəlb edilməsi üçün yeganə səbəb deyil. İndi Türkmənistan əksər ölkələrin enerji planlarında mərkəzi yer tutur. 2009-cu ilin aprelində Türkmənistandan Rusiyaya "mavi yanacağ"ın tədarük edildiyi "Dövlətabad-Dəryalıq" qaz kəmərində partlayışdan sonra Aşqabad anladı ki, Rusiya ilə uzunmüddətli münasibətləri qurmaq risklidir. 2010-cu ilədək Türkmənistan Rusiyaya bir kubmetr qaz belə ixrac edə bilməyib və indi ölkə öz qazının satılması üçün qaz tərəfdaşlarının diversifikasiyası və bir neçə xarici şirkətlərlə enerji layihələrinin inkişaf etdirilməsi hesabına alternativ yolların axtarışı ilə məşğuldur.

Türkmənistan hazırda öz qazını Çinə (dünyada ən böyük qaz kəməri bu iki ölkəni birləşdirir, onun uzunluğu 7000 km, qaz kəmərinin layihə gücü ildə 40 milyard kubmetrdir), Rusiyaya (ildə ilkin 30 milyarddan ildə 10 milyard kubmetr), İrana (ildə 14 milyard kubmetr) satır.

Çərşənbə axşamı Türkmənistan və Əfqanıstan Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru kəmərinin tikintisi üzrə hökumətlərarası çərçivə sazişi imzalayıblar. Layihəyə əsasən, qaz Türkmənistandan Pakistana, sonradan Hindistana daxil olacaq. Uzunluğu 1680 km olan TAPI qaz kəməri ildə 30 milyard kubmetr qazın nəqli üçün nəzərdə tutulub. Əfqanıstan qaz kəməri sayəsində daxili tələbatı üçün beş milyard kubmetr qaz alacaq və tranzitdən 300 milyon dollar əldə edəcək.

Trend-ə Türkmənistanın rəsmi dairələrindən verilən məlumata görə, 2010-cu ilin sonunadək türkmən qazının ixracı 100 milyard kubmetrə çatdırılacaq.

Bütün bu sadalananlara əlavə olaraq, Türkmənistan öz enerjidaşıyıcılarını "Nabukko" kimi iri beynəlxalq layihələr hesabına dünya bazarlarına çıxaracaq.

BP-nin məlumatlarına görə, Türkmənistanın 2009-cu il üçün sübut edilən qaz ehtiyatları minimum 8,1 trilyon kubmetr təşkil edib. Beləliklə, Türkmənistan hazırda qaz ehtiyatlarına görə Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutur.

Türkmənistan enerji təhlükəsizliyinin təmin edilməsindən başqa tərksilah problemlərinin həlli və Əfqanıstandakı vəziyyətin sülh yolu ilə nizamlanması ilə bağlı beynəlxalq təşəbbüs irəli sürüb.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun BMT-nin 64-cü sesiyasında çıxışı zamanı tərkisilah məsələləri üzrə Mərkəzi Asiya və Xəzəryanı dövlətlərin Aşqabadda beynəlxalq konfransının keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs iyunun 24-də həyata keçirildi. Bu, ölkənin xarici siyasətdə geniş beynəlxalq əməkdaşlığın aparılmasında nə dərəcədə ardıcıl kursunun olmasını nümyiş etdirdi.

Konfransda çıxış edən ölkə prezidenti bildirib ki, Mərkəzi Asiya və Xəzəryanı regionlar zonası dünya əhəmiyyətli tükənməz karbohidrogen xammalı dəryası olan Avrasiya qitəsinin nəqliyyat dəhlizlərinin və enerji körpülərinin uzandığı yolayrıcıdır ki, bu da qitənin və xeyli dərəcədə bütün dünyanın təhlükəsizliyinin taleyinin məhz burada həll olunduğunu iddia etməyə əsas verir.

Türkmənistanın qlobal təhlükəsizliyin dəstəklənməsində xüsusi çəkisinin əyani nümunəsi Aşqabadda BMT-nin Mərkəzi Asiya üzrə preventiv diplomatiya üzrə Regional Mərkəzinin mənzil-qərargahının açılması oldu.

Prezidentin fəaliyyəti və ölkənin hazırkı rolu Türkmənistanın xarici siyasətinin müsbət istiqamətini nümayiş etdirdi və dünya birliyinin geniş dəstəyini və etimadını qazandı. BMT katibliyinin iqtisadi və sosial məsələlər üzrə departamentinin müşaviri Aleksey Tixomirovun sözlərinə görə, BMT Türkmənistan rəhbərliyinin irəli sürdüyü beynəlxalq təşəbbüslərin "aktuallığını" etiraf edir.

Türkmənistan Əfqanıstan probleminin həllində də böyük rol oynayır.

Əfqanıstan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-polkovnik Zahir Əzimi çərşənbə günü Trend-ə bildirib ki, Türkmənistan artıq beynəlxaql birliyin səylərini dəstəkləməyə və taliblərlə barışığın əldə olunmasında vasitəçi olmağa hazır olduğunu ifadə edib. Əziminin sözlərinə görə, Əfqanıstanın Türkmənistanla sərhədlərinin uzunluğu nəzərə alınarsa, sonuncu taliblərlə hakimiyyət arasında danışıqlarda vasitəçilik üçün böyük potensialdır.

Əfqanıstan Prezidentinin mətbuat katibi Həmid Elminin sözlərinə görə, Əfqanıstan Türkmənistanın vasitəçilik səylərini dəstəkləyir.

"Biz real nəticələri görmək üçün danışıqların başlanmasını gözləyirik", - çərşənbə günü Elmi Trend-ə bildirib.

Türkmənistanın vasitəçilik danışıqlarının aparılması üçün artıq təcrübəsi var. 1999-cu ildə Türkmənistan Əfqanıstanda sülhün bərpa olunması üçün taliblərlə Şimal Alyans arasında danışıqların keçirilməsi məqsədilə Aşqabadda forum təşkil etmişdi. Ona görə də Türkmənistanın bu təşəbbüsünün uğurla başa çatması ehtimalı var. Bundan əlavə, Aşqabad Əfqanıstanda yerli əhalinin güzəranının yaxşılaşdırılması üçün hər cür səy göstərir. Yuxarıda qeyd olunduğu kimi, TAPI qaz kəməri əfqanlar üçün yeni iş yerləri yaradacaq. Bu ölkənin 29 milyonluq əhalisi arasında 11 milyon insan işsizdir. Üstəgəl Əfqanıstan tranzit üçün 300 milyon dollar alacaq. Bundan başqa, müqəddəs Ramazan ayı münasibətilə Türkmənistan hökuməti Əfqanıstana 1000 ton un bağışlayır. Bütün bunların hamısı Türkmənistanın özünün bütün qonşuları ilə yaxşı münasibətləri inkişaf etdirməklə bağlı səmimi arzusunu nümayiş etdirir.

Türkmənistan bu günədək 129 ölkə ilə diplomatik münasibətlər qurub və 109 beynəlxalq konvensiyanın üzvüdür.

Təkcə 2010-cu ildə Türkmənistan 10 beynəlxalq konvensiyaya imza atıb. Prezident Berdiməhəmmədov il ərzində 15-dən çox xarici səfər həyata keçirib və iqtisadiyyat sahəsində onlarla müqavilə imzalayıb. Bütün bunların hamısı ölkənin, demək olar, bir il ərzində nail olduğu irəliləyişin, eləcə də Türkmənistanın təkcə Mərkəzi Asiyada deyil, onun hüdudlarından kənarda da liderlik mövqeyinin sübutudur.

20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
İranın xarici işlər naziri Bakıya gəlir
İranın xarici işlər naziri Bakıya gəlir
Loading Bars
Xəbər lenti
"Yuventus" doqquzuncu dəfə İtlaiya Super Kubokunun qalibi oldu
Britaniyada bir sutkada koronavirusdan 1 820 nəfər ölüb
Bayden Den Smiti ABŞ dövlət katibi təyin edib
Türkiyədə son sutkada koronavirusdan 5 932 nəfər sağalıb
MDU-nun tələbə gəncləri 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
“Məqsəd o idi ki, Azərbaycan xalqının iradəsi sınsın, amma alınmadı” - 20 Yanvar faciəsinə xarici ekspertlərin baxışı “Hədəf”də
Çin ABŞ-ın 28 vətəndaşına qarşı sanksiya tətbiq edib
Ombudsman Aparatının əməkdaşı 20 Yanvar faciəsinə həsr edilmiş videokonfransda iştirak edib
Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov
Türkiyədə koronavirusa qarşı vaksinasiya olunanların sayı 1 milyonu ötüb
Ombudsmanın regional mərkəzləri tərəfindən 20 Yanvar faciəsi ilə bağlı onlayn tədbirlər keçirilib (FOTO)
Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi
Bakıda yataqxana binasında yanğın olub
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bakıda güclü yanğın - Mebel və avtomobil sexləri, 1 ”Opel” yandı
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb (FOTO)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı
Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Dinc insanlar qətlə yetirildi - Fransa səfiri Qanlı Yanvardan yazıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir - Dmitri Panin
Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb (FOTO)
Vaksinlərdən sonra normal həyata nə zaman qayıdacağıq? - “Sahil Kərimli ilə Aktual”da mütəxəssislər sualları cavablandırıb (VİDEO)
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib (FOTO)
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Sabah da qar yağacaq, şaxta olacaq
Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı
Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib
Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar qurbanlarını yad edib: Bu, ölkədəki bütün xalqların acısıdır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)
Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı (FOTO/VİDEO)
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri (FOTO)
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan neftinin qiyməti 56 dolları keçib
Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi
Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini anıb
Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub - Səfirdən Bahçelinin fikirlərinə aydınlıq
Ən çox qar bu ərazilərə yağıb - Faktiki hava
Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib
Tramp son fərmanını imzaladı - Keçmiş məmurlar əfv olundu
Göyçayda keçmiş məhkumdan narkotik götürülüb (FOTO)
Azərbaycana yeni səfir təyin olunsa da, hələki vəzifəmi icra edirəm - Erkan Özoral
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər - Monitorinqin nəticələri açıqlandı
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Zəfər savaşından sonra bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev (VİDEO)
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq - Türkiyə səfirliyi
Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Almaniyada karantin 14 fevrala qədər uzadılır
Portuqaliyanın İqtisadiyyat naziri koronavirusa yoluxub
Almaniyada insan alveri ilə məşğul olan dəstə saxlanılıb
Bütün xəbərlər