...

Azərbaycan müxalifətinin seçki blokunun adı müəyyənləşib

Siyasət Materials 2 Sentyabr 2010 16:44 (UTC +04:00)
Azərbaycanın müxalif Vətəndaş və İnkişaf (VİP), Liberal (ALP) və Yaşıllar partiyalarının bigrə yaratdıqları seçki blokunun adı müəyyənləşib.
Azərbaycan müxalifətinin seçki blokunun adı müəyyənləşib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Vətəndaş və İnkişaf (VİP), Liberal (ALP) və Yaşıllar partiyalarının bigrə yaratdıqları seçki blokunun adı müəyyənləşib. VİP sədri Əli Əliyevin cümə axşamı Trend-ə verdiyi məlumata görə, blokun adı "İnsan Naminə" olacaq.

Avqustun 25-də VİP və ALP seçki bloku yaratdıqlarını elan ediblər. Yaşıllar partiyası da bu bloka qoşulacağını bildirib. Bu günə qədər blokun adı ilə bağlı vahid razılıq əldə olunmamışdı.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti