...

Rusiya prezidenti Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 2 Sentyabr 2010 21:22 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Şəhidlər xiyabanını ziyarət edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Rusiya prezidenti Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Şəhidlər xiyabanını ziyarət edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarlarını ziyarət etdilər.

Rusiyanın dövlət başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident Dmitri Medvedev Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.

Xəbər lenti

Xəbər lenti