...

Azərbaycan ilə Rusiya arasında 4 sənəd imzalanıb

Siyasət Materials 3 Sentyabr 2010 20:09 (UTC +04:00)
Sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan ilə Rusiya arasında 4 sənəd imzalanıb

Sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimi olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə"ni imzalayıblar.

"Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Rusiyanın "Qazprom" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısı üzrə müqaviləyə 4 saylı əlavə Saziş"i Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və "Qazprom" MMC-nin idarə heyətinin sədri Aleksey Miller imzalayıblar.

"Azərbaycan və Rusiya hökumətləri arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi haqqında Saziş"i ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Rusiyanın təbii ehtiyatlar və ekologiya naziri Yuri Trutnev imzalayıblar.

"Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin keçid xəttinin izahatı haqqında Sənəd"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov imzalayıblar.

Xəbər lenti

Xəbər lenti