...

Gürcüstan Rusiya ilə istənilən vaxt, istənilən məsələ ilə bağlı, heç bir şərt olmadan danışıqlara başlamağa hazırdır - XİN

Siyasət Materials 7 Sentyabr 2010 17:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 7 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Rusiya ilə istənilən vaxt, istənilən məsələ ilə bağlı, heç bir şərt olmadan danışıqlara başlamağa hazırdır. Bu barədə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze estoniyalı həmkarı Urmas Paetlə birgə brifinqdə bildirib.

"Bu, demokratik və qeyri-demokratik ölkələr arasında fərqdir. Rusiya bizə bəyan edir ki, Gürcüstanın demokratik yolla seçilmiş rəhbəri ilə dialoq aparmayacaq", - nazir bildirib.

Jurnalistlərin "Rusiya ilə danışıqlara başlamaq üçün Gürcüstana nə qədər vaxt lazımdır" sualına Vaşadze belə cavab verib: "Düşünürəm ki, dialoq gec yox, tez başlayacaq".

Estoniyanın xarici işlər naziri Gürcüstanda ikigünlük səfərdədir.

Xəbər lenti

Xəbər lenti