...

İlham Əliyev yeni il bayramı – Roş-Ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasını təbrik edib

Siyasət Materials 7 Sentyabr 2010 21:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasını təbrik edib
İlham Əliyev yeni il bayramı – Roş-Ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasını təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Tarixən Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icması bu gün çoxmillətli cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilmişdir. Əlamətdar haldır ki, yəhudi vətəndaşlarımız ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər. Əziz dostlar! Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Roş-Ha-Şana yenilik, mənəvi saflıq, xoş müjdələr və həmrəylik bayramıdır. Bu əziz gün münasibətilə bir daha Sizi təbrik edir, hər birinizə xoşbəxtlik, ailələrinizə əmin-amanlıq arzulayıram. Bayramınız mübarək olsun", - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti