...

Azərbaycanın müxalif "İslahat" seçki bloku qeydiyyat üçün sənədlərini MSK-ya təqdim edəcək

Siyasət Materials 8 Sentyabr 2010 17:59 (UTC +04:00)
Azərbaycanın müxalif "İslahat" seçki bloku qeydiyyat üçün sabah sənədlərini MSK-ya təqdim edəcək.
Azərbaycanın müxalif "İslahat" seçki bloku qeydiyyat üçün sənədlərini MSK-ya təqdim edəcək

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif "İslahat" seçki bloku qeydiyyat üçün sabah sənədlərini MSK-ya təqdim edəcək. Bu barədə çərşənbə günü Trend-ə "İslahat" seçki blokunun həmtəsisçisi, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa məlumat verib.

"Hazırda namizədlərin səlahiyyətli nümayəndələrinin müəyyənləşməsi, dairələr üzrə qərarların nüsxəsinin hazırlanması və digər texniki məsələlər həll olunur. Bu proses günün sonuna qədər başa çatacaq və sabah sənədləri qeydiyyat üçün MSK-ya təqdim edəcəyik", - Mustafa əlavə edib.

Partiya sədri bu gün bloka daha bir partiyanın qoşulduğunu da deyib. "Təkamül Partiyasının da "İslahat" seçki blokuna qoşulması barədə niyyət protokolu imzalanıb", - Mustafa deyib.

"İslahat" seçki bloku avqustun 30-da Böyük Quruluş, Ədalət və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının həmtəsisçiliyi ilə yaradılıb. Seçki bloku müxalifətdə yeni ənənələr yaratmağı qarşıya məqsəd qoyub.

Azərbaycanda parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti