...

İran Prezidenti Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsi üzrə xüsusi nümayəndəsini müşavirlə əvəz edib

Siyasət Materials 15 Sentyabr 2010 10:40 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsi üzrə xüsusi nümayəndəsini müşavirə dəyişib. Bundan sonra İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Mehdi Axundzadə Əhmədinejadın Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsi üzrə müşaviri vəzifəsində çalışacaq. Bu barədə xəbəri FARS agentliyi yayıb.
İran Prezidenti Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsi üzrə xüsusi nümayəndəsini müşavirlə əvəz edib

İran Prezidenti Mahmud Əhmədinejad Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsi üzrə xüsusi nümayəndəsini müşavirə dəyişib. Bundan sonra İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Mehdi Axundzadə Əhmədinejadın Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsi üzrə müşaviri vəzifəsində çalışacaq. Bu barədə xəbəri FARS agentliyi yayıb.

O, bu vəzifədə hazırda İranın Çindəki səfiri, keçmiş xüsusi nümayəndə Mehdi Səfərini əvəzləyəcək.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Əhmədinejad, həmçinin, Yaxın Şərq, Asiya, Afrika, Latın Amerikası və Əfqanıstan məsələləri üzrə də xüsusi nümayəndələrini müşavirə dəyişib. Əhmədinejad ötən ay Prezident Aparatının rəhbəri İsfəndiyar Rəhim Məşayini Yaxın Şərq məsələləri, İranın Mədəni İrs və Turizm Təşkilatının sədri Həmid Bəqayi Asiya məsələləri, İranın iqtisadiyyat naziri Şəmsəddin Hüseynini Afrika məsələləri, korporasiya naziri Məhəmməd Abbasi Latın Amerikası məsələləri üzrə və İranın Ali Milli Təhlükəsizlik Şurası sədrinin müşaviri Əbülfəzl Zöhrəvəndi Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndə təyin etmişdi.

İran mətbuatının məlumatına əsasən, son vaxtlar İran Prezidenti Mahmud Əhmədinejad və komandası Xarici İşlər Nazirliyi və Parlamentlə razılaşdırmadan sərbəst xarici siyasət yürütməkdə ittiham olunub və ölkənin ali lideri ayətullah Əli Xamnei tərəfindən tənqid olunub. Əhmədinejad Xarici İşlər Nazirliyi ilə razılaşdırmadan 5 nəfəri "prezidentin xüsusi nümayəndəsi" təyin edib.

Xəbər lenti

Xəbər lenti