...

Avropa Şurası Parlament seçkilərinə jurnalistlərin hazırlığı məqsədilə Bakıda və regionlarda təlimlər keçirəcək - Veronika Kotek

Siyasət Materials 17 Sentyabr 2010 13:40 (UTC +04:00)
Avropa Şurası Azərbaycanda keçiriləcək Parlament seçkilərinə jurnalistlərin hazırlığı məqsədilə Bakıda və regionlarda təlimlər aparacaq.
Avropa Şurası Parlament seçkilərinə jurnalistlərin hazırlığı məqsədilə Bakıda və regionlarda təlimlər keçirəcək - Veronika Kotek

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/

Avropa Şurası Azərbaycanda keçiriləcək Parlament seçkilərinə jurnalistlərin hazırlığı məqsədilə Bakıda və regionlarda təlimlər aparacaq, - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə AŞ-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Veronika Kotek bildirib.

"Treninqlər həm elektron, həm də çap mediası üçün nəzərdə tutulur", - Kotek bildirib.

Onun sözlərinə görə, AŞ-ın dəstəyi ilə seçicilər üçün xüsusi reklamların hazırlanması da nəzərdə tutulur.

Azərbaycanda parlament seçkiləri 7 noyabr 2010-cu il tarixinə təyin edilib. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Xəbər lenti

Xəbər lenti