...

İlham Əliyev Malta Prezidentini təbrik edib

Siyasət Materials 20 Sentyabr 2010 20:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Corc Abelanı ölkəsinin milli bayramı münasibətilə təbrik edib.
İlham Əliyev Malta Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Corc Abelanı ölkəsinin milli bayramı münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Malta arasındakı dostluq əlaqələrinin genişlənməsi əməkdaşlığımızın inkişafı üçün yeni imkanlar açacaqdır", - təbrikdə deyilir.

İlham Əliyev Corc Abelaya ən xoş arzularını yetirib, dost Malta xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti