...

Portuqaliyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 21 Sentyabr 2010 12:05 (UTC +04:00)
Portuqaliyanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Portuqaliyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir S.Ağayeva/

Portuqaliyanın xarici işlər naziri Azərbaycana səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, Nyu-Yorkda çərşənbə axşamı keçirilən Azərbaycan və Portuqaliya xarici işlər nazirlərinin görüşündə bu məsələ müzakirə edilib.

Portuqaliya Respublikasının dövlət naziri, xarici işlər naziri cənab Luis Filipe Marques Amado Azərbaycana səfər etməklə bağlı azərbaycanlı həmkarının dəvətini məmnunluqla qəbul edərək, bu il ərzində səfərin gerçəkləşməsinin mümkünlüyünü qeyd edib.

Görüş zamanı ikitərəfli, xüsusilə də iqtisadi sahədə münasibətlərə dair məsələlər müzakirə edilib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hər iki ölkə iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsinin mümkünlüyü barədə danışıb. Portuqaliyalı nazir Azərbaycanı Portuqaliya ictimaiyyətinə daha geniş təqdim etmək zəruriliyini vurğulayıb. Portuqaliyalı həmkarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandıraraq, nazir Məmmədyarov münaqişənin həllinə dair aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verib.

Xəbər lenti

Xəbər lenti