Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda "Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi Parlament seçkilərindən sonra müzakirə olunacaq. Bu barəbə çərşənbə axşamı Trend-ə Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev məlumat verib.
"Qanunun Parlamentdə müzakirəyə çıxarılması planımızdadır. Seçki ərəfəsində həmin məsələnin Parlamentdə müzakirəsi gözlənilmir", - Mirzəyev əlavə edib.
Azərbaycan Konstitusiyasına 2009-cu il martın 18-də keçirilən referendum vasitəsilə edilən əlavə və dəyişikliklərdə eks-prezidentlərə status verilməsi də nəzərdə tutulur. Bu məqsədlə yeni qanun layihəsi hazırlanıb, Milli Məclisdə qəbul olunmalıdır.
Azərbaycanda Parlament seçkiləri noyabrın 7-də keçiriləcək.