Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyasında iştirakı çərçivəsində Yunanıstan və Kanada xarici işlər nazirləri Dimitris Druças və Lourens Kennonla görüşüb. Bu barədə Azərbaycan XİN mətbuat xidmətindən verilən məlumatda deyilir.
Görüşdə yunan nazirlə iki ölkə arasında energetika əməkdaşlığı barəsində söhbət aparılıb.
Azərbaycan xarici işlər naziri öz həmkarlarına Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında danışıqlar prosesinin gedişatı barədə məlumat verib.