...

Azərbaycanda iki müxalifət partiyası birləşdi

Siyasət Materials 25 Sentyabr 2010 17:51 (UTC +04:00)
Azərbaycanda iki müxalif partiya - Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası birləşdi.
Azərbaycanda iki müxalifət partiyası birləşdi

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda iki müxalif partiya - Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası birləşdi.

Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyası Müsavat Partiyası ilə birləşmək haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə qərar AXCP-nin şənbə günü keçirilən V (VIII) qurultayında verilib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib.

Qurultayda Əli Kərimlinin növbəti müddətə partiyanın sədri seçilməsi barədə də qərar qəbul olunub .

Azərbaycan Xalq Cəbhəsi Azərbaycan Milli Azadlıq Hərəkatı zamanı gizli şəkildə 1989-cu ildə təsis olunub. Partiya kimi 1995-ci ildə qeydiyyatdan keçib. 2000-ci ilin avqust ayında partiya sədri Əbülfəz Elçibəyin vəfatından sonra ideoloji səbəblərdən partiya iki hissəyə -Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qollarına bölünüb.

Xəbər lenti

Xəbər lenti