...

MSK və ATƏT-in Müşahidə Missiyası Azərbaycanda keçiriləcək Parlament seçkilərini müzakirə edib

Siyasət Materials 28 Sentyabr 2010 12:57 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) və ATƏT-in Müşahidə Missiyası Azərbaycanda keçiriləcək Parlament seçkisini müzakirə edib.
MSK və ATƏT-in Müşahidə Missiyası Azərbaycanda keçiriləcək Parlament seçkilərini müzakirə edib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

Mərkəzi Seçki Komissiyası (MSK) və ATƏT-in Müşahidə Missiyası Azərbaycanda keçiriləcək Parlament seçkisini müzakirə edib.

MSK mətbuat xidmətinin yaydığı məlumata görə, bu gün səfir Odri Qloverin başçılıq etdiyi ATƏT Müşahidə Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüblər.

Pənahov bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq prinsiplərinə riayət olunmasına böyük əhəmiyyət verir, seçki komissiyalarının fəaliyyətinin, seçki prosesinin şəffaf olması üçün bütün qanuni addımları atır.

Müşahidə Missiyasının rəhbəri Milli Məclisə seçkilərlə bağlı MSK-nın gördüyü işlərlə maraqlanıb. MSK-nın sədri seçici siyahılarının dəqiqləşdirilməsi, seçki subyektlərinin maarifləndirmə proqramı, hazırkı seçkiqabağı vəziyyət, gələcəkdə görülməsi planlaşdırılan işlər barədə qonaqlara ətraflı məlumat verib.

Səfir Odri Qlover bu həftənin cümə axşamı ATƏT Müşahidə Missiyasının 22 nəfər uzunmüddətli müşahidəçisinin, noyabrın 3-də isə qısamüddətli müşahidəçilərinin Azərbaycana gələcəklərini bildirib.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti