...

ATƏT Azərbaycanda seçkilərin demokratik keçiriləcəyini gözləyir – müşahidə missiyasının rəhbəri (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Siyasət Materials 28 Sentyabr 2010 16:46 (UTC +04:00)
ATƏT Azərbaycanda qarşıdakı seçkilərin demokratik keçiriləcəyini gözləyir. Bu seçkilər Azərbaycanın demokratik cəmiyyətin inkişafı ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərin həyata keçirilməsi yolunda irəliyə doğru hərəkət etdiyini nümayiş etdirmiş olardı.
ATƏT Azərbaycanda seçkilərin demokratik keçiriləcəyini gözləyir – müşahidə missiyasının rəhbəri (ƏLAVƏ OLUNUB-2) (FOTO)

RED. əlav.: missiya rəhbərinin sözləri əlavə olunub

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Y.Ostapenko/

ATƏT Azərbaycanda qarşıdakı seçkilərin demokratik keçiriləcəyini gözləyir. Bu seçkilər Azərbaycanın demokratik cəmiyyətin inkişafı ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərin həyata keçirilməsi yolunda irəliyə doğru hərəkət etdiyini nümayiş etdirmiş olardı. Bu barədə Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının rəhbəri, səfir Odri Qlover çərşənbə axşamı Bakıda mətbuat konfransında çıxışı zamanı bildirib.

ATƏT missiyası Azərbaycana ölkə XİN-in dəvəti ilə gəlib və çərşənbə axşamı rəsmən fəaliyyətə başlayıb.

Azərbaycanda ATƏT-in 11 ölkəsini təmsil edən ekspertlərin iki uzunmüddətli qrupu gələcək və onlar seçkiqabağı və bilavasitə seçki günü monitorinq keçirəcəklər. 16 nəfərdən ibarət qrupun biri paytaxtda, 26 nəfərdən ibarət ikinci qrup isə Azərbaycan regionlarında yerləşdiriləcək.

Noyabrın 3-də qısamüddətli missiya ölkəyə gələcək. "Biz 400-dən artıq qısamüddətli müşahidəçi tələb etmişik", - Qlover deyib.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

"Biz müşahidə missiyasının işi zamanı əsas diqqəti bütün siyasi partiya və blokların seçki prosesində eyni şəkildə təqdimatına və onların bərabərhüquqlu iştirakına ayıracağıq", - ATƏT missiyasının rəhbəri bildirib.

Həmçinin, missiya seçkilərin KİV-də işıqlandırılmasına da böyük diqqət ayırmaq niyyətindədir.

"Bizim üçün Azərbaycan hökumətinin qarşıdakı seçkilərdə DTİHB-nin tövsiyələrinə nə dərəcədə diqqət yetirməsi böyük əhəmiyyət kəsb edir, xüsusilə də 2008-ci il seçkilərindən sonra", - Qlover bildirib.

Missiyanın ilkin hesabatı seçkilərdən bir gün sonra dərc olunacaq. Missiya ilkin qiymətləndirmə üzrə mətbuat konfransı keçirməyi də planlaşdırır. Yekun hesabat seçkilərin keçirilməsindən səkkiz həftə sonra dərc olunacaq.

Qloverin sözlərinə görə, missiya üçün apelyasiyaların verilməsi prosesi də çox vacibdir.

"Biz özümüzə "seçki polisi" kimi mövqe tutmuruq. Müşahidə missiyasının işi zamanı biz seçkiqabağı kampaniyalar, siyasi qruplarla iş, seçkilərin məxfiliyi üzrə tədbirlərə xüsusi diqqət ayıracağıq", - missiya rəhbəri bildirib.

Onun fikrincə, irəli sürülən tələblərin yerinə yetirilməsi ilk növbədə Azərbaycanın siyasi rəhbərliyinin siyasi iradəsindən asılıdır.

"Qarşıdakı seçkilərin Azərbaycan üçün nə qədər vacib olduğunu hamı bilir. Biz ümid edirik ki, qarşıdakı seçkilərdə müvəffəqiyyət gələcək irəliləyiş üçün yaxşı platforma olacaq", - o deyib.

Xəbər lenti

Xəbər lenti