...

Azərbaycanın hakim partiyası parlament seçkisində heç bir qüvvəni özünə rəqib saymır

Siyasət Materials 28 Sentyabr 2010 18:14 (UTC +04:00)
Azərbaycanın hakim partiyası parlament seçkisində heç bir qüvvəni özünə rəqib saymır.
Azərbaycanın hakim partiyası parlament seçkisində heç bir qüvvəni özünə rəqib saymır

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyası parlament seçkisində heç bir qüvvəni özünə rəqib saymır.

"Mən hesab etmirəm ki, hansısa seçki bloku YAP-ın ciddi rəqibinə çevrilə bilsin. Partiyanın sıralarında Azərbaycanın tanınmış ziyalıları, alimləri, görkəmli şəxsləri cəmləşib. Bu insanlar partiyanın ön sıralarındadır. Fakt olaraq deyə bilərəm ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın partiyamızın sıralarında olması çox böyük göstəricidir. Mehriban xanım Əliyeva həm də YAP-ın Siyasi Şurasının üzvü kimi parlament seçkilərində partiyamızın namizədidir", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı hakim partiyanın rəsmi saytına müsahibəsində Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Novruzov bildirib ki, irəli sürülən namizədlərin arasında 6 akademik də var.

"Bir neçə nəfər namizəd isə elmlər doktoru, professorlardır. Ümumiyyətlə, siyahıda yer alan insanların böyük əksəriyyəti tanınmış ictimai xadimlərdir. Yəni namizədlərimizin heç biri haqqında mənfi fikir söyləmək mümkün deyil. YAP-ın 500 mindən artıq üzvü, 84 rayon və şəhər təşkilatı var. Partiyamız seçkilərdən seçkilərə kifayət qədər təcrübə qazanır. Həm Qərb texnologiyalarından yüksək səviyyədə istifadə olunur, həm də Azərbaycanın ictimai-siyasi mühitinə uyğun olaraq addımlar atılır. Hesab edirəm ki, bu proseslərdə YAP-a heç bir alternativ ola bilməz. YAP bütün seçkilərdə qalib gəlib, bu dəfə də qalib gələcək", - partiya rəsmisi qeyd edib.

Onun sözlərinə görə, YAP namizədlərini müəyyənləşdirərkən ciddi araşdırmalara əsaslanıb. "Partiyamızın parlamentdə təmsil olunan 17 millət vəkilinin namizədliyini bu dəfə irəli sürmədik. Onları bir hissəsi öz istəyi ilə seçki prosesində iştirak etmək istəmədilər. Bir hissəsinin isə fəaliyyət dövrünün təhlili nəticəsində və yaxud da həmin dairələrdə yeni namizədlərin müəyyən olunması ilə əlaqədar olaraq namizədliyi irəli sürülmədi. 114 dairədə namizəd irəli sürmüşük. 11 dairədə isə bizə müttəfiq olan partiyaların namizədləri var ki, onlara qarşı alternativ irəli sürmürük. Eyni zamanda, Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin namizədliyi irəli sürülən dairələrdə onların namizədliyini dəstəkləyirik", - Novruzov əlavə edib.

Müxalifət partiyalarının öz mətbu orqanlarında imzatoplama prosesində YAP-ın inzibati resurslardan istifadə etdiyi iddiasına Novruzovun mövqeyi birmənalı olub.

"Onlar şantaj, böhtan kampaniyasına başlayıblar. Bu gün YAP-ın belə şeylərə heç bir ehtiyacı yoxdur. Əvvəlcədən də elan etmişdik ki, tərəfimizdən hər dairə üzrə 10 nəfər imzatoplayan şəxs müəyyənləşdirilib. Onlara treninqlər keçirilib, yəni bu prosesə hazırlaşıblar. Həmin şəxslər imza vərəqələri götürüldükdən bir neçə gün sonra imzaları doğru-düzgün toplayıblar və həmin sənədlər DSK-lara təqdim edilib. Bu insanlar neçə illərdir ki, bu işlərdə böyük təcrübə qazanan partiya fəallarıdırlar. Bütün rayon və şəhər təşkilatlarında seçki qərargahları yaradılıb", - Novruzov bildirb.

Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti