...

Ağ ev və ABŞ Dövlət Departamenti tərəfindən Mətyu Brayzənin səfir postuna təyin olunmasında maneçilik yoxdur – səfirlik

Siyasət Materials 30 Sentyabr 2010 11:11 (UTC +04:00)
Ağ ev və ABŞ Dövlət Departamenti tərəfindən Mətyu Brayzənin Amerikanın Azərbaycandakı səfir postuna təyin olunması məsələsində heç bir maneçilik yoxdur. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib.
Ağ ev və ABŞ Dövlət Departamenti tərəfindən Mətyu Brayzənin səfir postuna təyin olunmasında maneçilik yoxdur – səfirlik

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ağ ev və ABŞ Dövlət Departamenti tərəfindən Mətyu Brayzənin Amerikanın Azərbaycandakı səfir postuna təyin olunması məsələsində heç bir maneçilik yoxdur. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib.

"Hazırda Mətyu Brayzənin Amerikanın Azərbaycandakı səfir postuna namizədliyinə ABŞ Senatında baxılır və bizim edə biləcəyimiz iş yalnız gözləməkdir", - Devidson bildirib.

Onun sözlərinə görə, bu məsələnin həlli ABŞ hökumətinin müstəqil orqanı olan Senatın səlahiyyətləri daxilindədir. "Azərbaycanda səfir təyin etməyin başqa yolu yoxdur", - o deyib.

Devidson əmindir ki, Azərbaycan və ABŞ prezidentləri İlham Əliyev və Barak Obamanın son görüşü, eləcə də Amerikanın yüksəkvəzifəli şəxslərinin bu yaxınlarda Azərbaycana səfərləri iki ölkə arasında münasibətlərin müsbət istiqamətdə irəlilədiyini göstərir.

Sentyabrın 22-də ABŞ Senatının Xarici əlaqələr komitəsi ATƏT MQ-nin keçmiş həmsədri, ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Mətyu Brayzənin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini təsdiq edib. Səsvermədə 17 senator lehinə, 2 nəfər isə əleyhinə olub. Brayzənin namizədliyi ABŞ Senatı tərəfindən də təsdiq edilməlidir.
Brayzənin namizədliyi ABŞ Prezidenti Barak Obama tərəfindən rəsmən irəli sürülüb.

Mətyu Brayzə 2005-ci ildə Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini təyin edilib. Bu vəzifədə o, Cənubi Qafqaz və Cənubi Avropa ölkələri ilə əlaqələrə görə cavabdeh olub, Dağlıq Qarabağ, Avrasiya və Cənubi Osetiya münaqişələrinin həlli üzrə ABŞ-ın səylərinə rəhbərlik edib, ABŞ-ın Qara dəniz və Xəzər regionundakı enerji siyasətini əlaqələndirib.

2006-2009-cu illərdə Mətyu Brayzə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə amerikalı həmsədri postunu tutub.

ABŞ-ın Bakıdakı səfir postu 2009-cu ilin iyulunda bundanəvvəlki səfir En Dersin bu vəzifəni tərk etməsindən sonra boşdur. Azərbaycandakı ABŞ Diplomatik Nümayəndəliyinin rəhbəri postu bir ildən artıq müddətdə boş idi.

Xəbər lenti

Xəbər lenti