...

Azərbaycan Prezidenti Bakıda yəhudi məktəbinin açılışı münasibətilə qonaq gələn yəhudi icmalarının nümayəndələrini qəbul edib (FOTO)

Siyasət Materials 5 Oktyabr 2010 01:27 (UTC +04:00)
Oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda yəhudi məktəbinin açılışı münasibətilə Azərbaycana gələn yəhudi icmalarının nümayəndələrini qəbul edib. Məlumatı bazar ertəsi günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Bakıda yəhudi məktəbinin açılışı münasibətilə qonaq gələn yəhudi icmalarının nümayəndələrini qəbul edib (FOTO)

RED. əlavəsi: Yeni fotoşəkillər əlavə olunub

Oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda yəhudi məktəbinin açılışı münasibətilə Azərbaycana gələn yəhudi icmalarının nümayəndələrini qəbul edib. Məlumatı bazar ertəsi günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev Bakıda yəhudi məktəbinin açılış mərasimində iştirak etmək üçün müxtəlif ölkələrdən Azərbaycana gələn yəhudi icmalarının nümayəndələrini salamladı. Dövlət başçısı əsrlər boyu Azərbaycanda bütün xalqlara və milli azlıqlara, o cümlədən yəhudilərə tolerant münasibət bəsləndiyini deyib. Prezident İlham Əliyev tarixən Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin dinc yanaşı yaşadığını xüsusi vurğulayaraq qeyd edib ki, bu ənənə indi də uğurla davam etdirilir və nümunəvi xarakter daşıyır. Dövlət başçısı yəhudi məktəbinin timsalında milli azlıqlar üçün Azərbaycanda reallaşdırılan layihələrin xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın möhkəmləndirilməsi üçün ardıcıl siyasət həyata keçirdiyini qeyd etdi və bu siyasətin hazırda da uğurla davam etdirildiyini vurğulayıb. Dövlət başçısı Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolu barədə də ətraflı danışıb. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində vətəndaş müharibəsi, iqtisadi tənəzzül, ictimai-siyasi sabitliyin pozulması, Ermənistanın işğalı və sair çoxsaylı problemlərlə üz-üzə qalan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində bütün çətinlikləri qısa müddətdə arxada qoyduğunu və hərtərəfli inkişafa başladığını bildirib.

Azərbaycanın müstəqil siyasət yürütdüyünü, xalqla iqtidarın birliyinə nail olunduğunu və dövlət siyasətində insan amilinin başlıca yer tutduğunu vurğulayan dövlət başçısı respublikada əhalinin güzəranının durmadan yaxşılaşdığını, qısa müddətdə yoxsulluğun 49 faizdən 11 faizə endirildiyini və böyük miqdarda yeni iş yerlərinin yaradıldığını deyib. Məqsədyönlü siyasət nəticəsində ölkənin paytaxtının, eləcə də regionlarının tanınmaz dərəcədə dəyişdiyini və müasirləşdiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğulayıb. Dünyada qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü dövrdə də ölkədə bütün sahələrdə inkişafın təmin edildiyini vurğulayan dövlət başçısı Azərbaycanın son illərdə sıçrayışlı sosial-iqtisadi inkişafa nail olduğunu və hazırda dünyanın inkişaf etmiş ölkələri sırasında yerini tutmaq üçün səylərini daha da gücləndirdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycandakı müxtəlif dini icmaların azad fəaliyyəti üçün həyata keçirilən tədbirlərə bir daha toxunaraq bu baxımdan Bakıda yeni sinaqoqun inşa olunduğunu qeyd edib. Dövlətimizin başçısı beynəlxalq səviyyədə Azərbaycan reallıqlarının təbliğinin gücləndirilməsinin vacibliyini dedi və bu baxımdan qarşılıqlı səfərlərin mühüm rol oynadığını söyləyib.

MDB Yəhudiləri Cəmiyyəti Federasiyasının prezidenti Lev Levayev qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, Azərbaycanda bütün xalqlara, milli azlıqlara, o cümlədən yəhudilərə daim yaxşı münasibət bəsləndiyini deyib. Ümummilli lider Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırlayan Lev Levayev ulu öndərin tolerantlıqla bağlı müdrik siyasətinin indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qonaq bu cür xoşməramlı siyasətə Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban xanım Əliyevanın da töhfələr verdiyini xüsusi qeyd edib.

İsrailin baş ravvini Şlomo Amar Azərbaycana ilk səfərinin onda zəngin təəssürat doğurduğunu söyləyib. O, Azərbaycanla ilk tanışlığından Prezident İlham Əliyevin siyasətində insan amilinin başlıca meyar olduğu qənaətinə gəldiyini deyib. Şloma Amar Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakının mərkəzinə gələnə qədər aparılan böyük quruculuq və yenidənqurma işlərinin şahidi olduğunu vurğulayıb. Qonaq Azərbaycandakı sinaqoqlarla tanışlığın onda razılıq doğurduğunu söyləyib. Baş ravvin paytaxtda yeni sinaqoqun inşa olunması ilə bağlı bütün yəhudilər adından dövlət başçısına minnətdarlığını bildirib, Bakıda tikilən yeni yəhudi məktəbinin də ən müasir tələblərə cavab verdiyini deyib. Şlomo Amar məktəbin inşasına görə Prezident İlham Əliyevə minnətdar olduğunu söyləyib.

İkinci dəfə Azərbaycana səfər etdiyini deyən Amerika Yəhudi Konqresinin prezidenti Cek Rozen ötən səfərindən bəri Azərbaycanın daha da inkişaf etdiyini və gözəlləşdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan müxtəlif dinlərin və millətlərin dostluq şəraitində birgə yaşamaları baxımından nümunə rolunu oynayır. Qonaq bu zəngin təcrübənin təbliğinin vacibliyini də diqqətə çatdırıb.

Rusiyanın baş ravvini Berl Lazar da Azərbaycandakı tolerantlığın nümunəvi xarakter daşıdığını və bu təcrübənin yayılmasının zəruriliyini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan yenidənqurma tədbirlərinə toxunaraq Bakıda müasir yəhudi məktəbinin tikilməsini tolerantlığın yaxşı bir nümunəsi kimi dəyərləndirib.

Görüşün sonunda Prezident İlham Əliyevə hədiyyə təqdim edilib.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti