...

Almaniyada Azərbaycana göstərilən maraq gündən-günə artır - səfir

Siyasət Materials 5 Oktyabr 2010 20:42 (UTC +04:00)
Almaniyada Azərbaycana göstərilən maraq gündən-günə artır. Bunu Alman Birliyi Günü münasibətilə keçirilən tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle deyib.
Almaniyada Azərbaycana göstərilən maraq gündən-günə artır - səfir

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Qasımova/

Almaniyada Azərbaycana göstərilən maraq gündən-günə artır. Bunu Alman Birliyi Günü münasibətilə keçirilən tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle deyib.

"Alman şirkətləri mühüm enerji sektorundan başqa, digər sahələrdə də Azərbaycanla əməkdaşlıq etməyə hazırdır", - səfir bildirib.

Səfirin sözlərinə görə, bütün sahələrdə - iqtisadiyyat, siyasət, elm və mədəniyyət - dinamik mübadilə müşahidə edilir. "İdman sahəsində, xüsusilə də futbolda bizim əməkdaşlığımız səmərəlidir", - o deyib.

Kvelle qeyd edib ki, Almaniya Azərbaycanı tanıyan ilk dövlətlər sırasında olub və o zamandan bəri iki dövlətin əlaqələri getdikcə güclənir.

Səfir bildirib ki, Almaniya ATƏT, Avropa Şurası, "Şərq tərəfdaşlığı" proqramı və son vaxtlarda Avropa İttifaqı ilə assosiativ sazişin imzalanması ilə bağlı danışıqlar çərçivəsində Azərbaycan tərəfindən aparılan geniş siyasi dialoqu yüksək qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti