...

MDB ölkələri dövlət və XİN başçılarının növbəti iclası Moskvada keçiriləcək

Siyasət Materials 6 Oktyabr 2010 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir S.Ağayeva/

MDB Dövlət Başçıları Şurasının və Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası dekabrın 9-10-da Moskvada keçiriləcək. Bu barədə MDB İcraiyyə Komitəsindən məlumat verilib.

XİNŞ-nin gündəliyinə 15 məsələ daxil edilib. Onlar arasında gənclərin beynəlxalq əməkdaşlıq strategiyası, 2015-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası, 2011-2015-ci illərdə razılaşdırılmış sərhəd siyasəti konsersiyası da var. Xarici işlər nazirləri cinayətkarlıq, terrorizm və ekstremizmin digər zorakı təzahürlərini, narkotik vasitələrin, psixotrop maddələrin və prezkursorların qanunsuz dövriyyəsini, insan alverinə qarşı birgə mübarizə proqramının layihəsini də müzakirə edəcəklər. Bütün bu proqramlar 2011-ci ildən 2013-cü ilədək olan dövrü əhatə edir və onlara XİNŞ-in iclasında baxıldıqdan sonra, dövlət başçılarının müzakirəsinə təqdim olunacaq.

MDB Dövlət Başçıları Şurasının iclasında baxılması planlaşdırılan ən vacib məsələ azad ticarət zonası haqqında müqavilə layihəsinin hazırlanmasının gedişi olacaq. Bu ilin sonunadək sənəd layihəsinin razılaşdırılması, 2011-ci ilin birinci yarısında isə qəbul olunması planlaşdırılır.

Dövlət başçılarına 2011-ci ilin MDB-də Ərzaq təhlükəsizliyinin artırılması ilinin elan olunması və MDB Dövlət Başçıları Şurasının Çernobıl AES-də baş vermiş qəzanın 25 illiyi ilə əlaqədar müraciət barədə qərar qəbul etmək təklif olunacaq.

İclasın gündəlyinə oktyabrın 7-də Minskdə Birlik üzvü olan ölkələrin daimi səlahiyyətli nümayəndələrinin iclasında baxılacaq.

Xəbər lenti

Xəbər lenti