...

Azərbaycan miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsahibə elan olunub

Siyasət Materials 6 Oktyabr 2010 15:32 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətinin İnternet-saytının çərşənbə axşamı yaydığı məlumata görə, müsahibədə sənədlərin qəbulu müvafiq ərizə formasında oktyabrın 6-dan noyabrın 5-dək aparılır.
Azərbaycan miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsahibə elan olunub

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycan miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsahibə elan olunub.

Dövlət Miqrasiya Xidmətinin İnternet-saytının çərşənbə günü yaydığı məlumata görə, müsahibədə sənədlərin qəbulu müvafiq ərizə formasında oktyabrın 6-dan noyabrın 5-dək aparılır.

İştirak etmək istəyən vətəndaşlar tələblərə cavab verdikləri halda, göstərilən müddət ərzində Xidmət Aparatında ərizə formasını doldurmalı və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri təqdim etməlidirlər.

Müsahibə "Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə"nin, "Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə"nin tələblərinə müvafiq olaraq aparılır.

Müsahibədə yalnız "Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə"nin və vakant vəzifələrin tələblərinə cavab verən vətəndaşlar iştirak edə bilər.

Sənədlərin siyahısını Dövlət Miqrasiya Xidmətinin rəsmi İnternet-səhifəsindən əldə etmək olar.

Xarici dil biliklərinə malik olan vətəndaşlara müsahibədə üstünlük verilir.

Xəbər lenti

Xəbər lenti