Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri təhlükəsizlik məsələləri üzrə yüksək rütbəli nümayəndələrin Birinci Beynəlxalq Görüşündə iştirak edib (FOTO)

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri təhlükəsizlik məsələləri üzrə yüksək rütbəli nümayəndələrin Birinci Beynəlxalq Görüşündə iştirak edib (FOTO)

Cari il oktyabrın 5-6-da Soçi şəhərində təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin Birinci Beynəlxalq görüşü keçirilmişdir. 
Görüşdə 43 ölkənin təhlükəsizlik şuralarının katibləri, prezidentlərin və baş nazirlərin milli təhlükəsizlik üzrə köməkçiləri, güc qurumlarının rəhbərləri, habelə BMT baş katibinin müavini Y.Fedotov iştirak etmişlər. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi N.Patruşev görüşü açaraq Rusiya Federasiyasının Prezidenti Dmitri Medbedevin təbrik məktubunu oxumuşdur. BMT-nin baş katibi Pan Gi Mun da forum iştirakçılarına təbrik məktubu göndərmişdir.

Görüşdə ölkəmizi Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov təmsil etmişlər.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Birinci Beynəlxalq görüşdə "Transmilli cinayətkarlıq, onun ən təhlükəli növləri arasında qarşılıqlı əlaqə" və "Formalaşan qlobal informasiya cəmiyyəti şəraitində beynəlxalq informasiya təhlükəsizliyinə təhdidlər: əməkdaşlıq istiqamətləri" mövzularında mühazirələrlə çıxış etmişdir. Akademik Ramiz Mehdiyev transmilli cinayətkarlıq mövzusunda məruzəsində Azərbaycan ərazisinin bir hissəsinin işğal olunması kontekstində beynəlxalq mütəşəkkil cinayətkarlığın doğurduğu təhlükələri diqqətə çatdırmışdır. O demişdir ki, terrorçu qrupların "boz zonalar" adlandırılan ərazilərdə fəaliyyət göstərən müxtəlif profilli kriminal təşkilatlarla birləşməsi cinayətkarlıq üçün böyük potensial yaradır və çox təhlükəli meyildir. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonunun ərazisində məhz belə nəzarət olunmayan zona yaradılmışdır. Daxil olan əməliyyat məlumatları və prosessual şəkildə sübut olunmuş faktlar israrla söyləməyə əsas verir ki, bu ərazidən narkotik vasitələrin istehsalı, silah və insan tranziti və alveri, qeyri-leqal miqrasiya, terrorçuların göndərilməsi və gizlədilməsi, qanunsuz pul vəsaitlərinin leqallaşdırılması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün fəal istifadə olunur. Milli və beynəlxalq hüququn təsir dairəsindən kənarda qalan bu zona və digər belə ərazilər qeyd olunan təhdidlərə adekvat və vaxtında münasibət göstərilməsi üçün əlçatmaz qalır. Buna görə də biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar məsələlərə milli və regional təhlükəsizliyin təmin olunması, terror təhlükəsinin və digər təhdidlərin aradan qaldırılması sahəsində işin bir hissəsi kimi baxırıq.

İnformasiya cəmiyyəti şəraitində əlaqələndirilmiş fəaliyyətin zəruriliyini və aktuallığını qeyd edən Ramiz Mehdiyev bildirmişdir ki, Azərbaycan tez-tez açıq-aşkar informasiya təhrikləri ilə üzləşir. Ümumdünya şəbəkəsində separatçılıq fəaliyyətinə açıq çağırışlar müşahidə olunur, dövlətin ərazi bütövlüyü şübhə altına alınır, dövlət rəhbərləri, ölkənin ictimai-siyasi xadimləri təhqir obyektinə çevrilir. Qeyd etmək lazımdır ki, bu cür hərəkətlər Azərbaycanın müharibə şəraitində olduğu qonşu Ermənistanın informasiya qurumları tərəfindən tez-tez həyata keçirilir. "İnformasiya silahından" istifadə olunması ilə əlaqədar qeyd edilən nümunələrlə yanaşı, xüsusilə, dinc Azərbaycan əhalisinin 1918-ci ilin martında, 1990-cı ilin yanvarında, habelə 1992-ci ilin fevralında Xocalı şəhərində erməni separatçılarının silahlı qrupları tərəfindən kütləvi surətdə qırılması ilə bağlı faciəli günlərdə Azərbaycanın informasiya resurslarına xaker hücumlarına daimi cəhdlər göstərilir.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi akademik Ramiz Mehdiyev səfər çərçivəsində Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Sərdar Kılıç, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Raisa Boqatıryova, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Leonid Maltsev, İsveçrə Konfederasiyasının Müdafiə, Əhalinin Qorunması və İdman Federal Departamentinin Təhlükəsizlik Siyasəti İdarəsinin rəisi Kristian Katrina ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlərdə geniş fikir mübadiləsi aparılmış, regionda və dünyada vəziyyət və təhlükəsizlik məsələləri təhlil olunmuş, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

Soçi görüşündə təbii və texnogen qəzalar barədə qabaqcadan xəbərdarlıq edilməsi və nəticələrin aradan qaldırılması, transmilli cinayətkarlığın müxtəlif formaları və təzahürləri - terrorizm, narkotrafik, qeyri-leqal miqrasiya, silah və radioaktiv materialların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət, habelə qlobal informasiya cəmiyyətinin formalaşdırılması şəraitində beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməkdaşlıq məsələləri diqqət mərkəzində olmuşdur.

Soçi görüşü beynəlxalq təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın qurulması istiqamətində ilk mühüm addımdır.

ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
İranda güclü zəlzələ qeydə alınıb
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Loading Bars
Xəbər lenti
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib (FOTO)
Qubada ev və ona bitişik tikili yanıb
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Bütün xəbərlər