...

Elmar Məmmədyarov İordaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 7 Oktyabr 2010 17:18 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel Adeylahı qəbul edib.
Elmar Məmmədyarov İordaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan, Bakı 7 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel Adeylahı qəbul edib. Məlumatı cümə axşamı XİN-in mətbuat xidməti yayıb.

Etimadnamənin surətini təqdim edən Adeylah ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq İordaniya-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə iordaniyalı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti