...

AŞ PA-nın Ermənistan üzrə həmməruzəçisi ölkə hakimiyyətini tənqid edib

Siyasət Materials 8 Oktyabr 2010 18:03 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının Ermənistan üzrə həmməruzəçisi, İsveç parlamentarisi Qoran Lindblad Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri David Arutyunyana məktub göndərib.
AŞ PA-nın Ermənistan üzrə həmməruzəçisi ölkə hakimiyyətini tənqid edib

Avropa Şurası Parlament Assambleyasının Ermənistan üzrə həmməruzəçisi, İsveç parlamentarisi Qoran Lindblad Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri David Arutyunyana məktub göndərib. O, məktubda Ermənistan hakimiyyətinin fəaliyyətini tənqid edib. Bu barədə "Armİnfo" yazır.

Lindblad qeyd edib ki, özünü demokratik hesab edən ölkənin Avropa Şurası forumu çərçivəsində Monitorinq komitəsinin həmməruzəçiləri ilə yüksək vəzifəli şəxslərin görüşünün təşkili üçün vaxt tapa bilməməsi son dərəcə qəribə faktdır.

"Mənə elə gəlir ki, bu mənim fikrimi təsdiq edir. Buna əsasən, Ermənistan belə forumun keçirilməsi üçün hələ ki yetişməyib", - İsveç deputatı bəyan edib.

Həmməruzəçinin sözlərinə görə, onların səfəri Monitorinq komitəsi tərəfindən iyunun 22-dən təsdiq edilib, lakin həmişə yubadılıb: öncə yay məzuniyyəti səbəbindən, sonradan isə onun sentyabrın əvvəlində təşkil edilməsinin tez olması bəhanəsi ilə.

"Gərək ki, səfərin oktyabrın 17-18-dək, foruma qədər təşkil edilməsi barədə razılaşma olub, lakin bu səfər Ermənistan parlamentinin spikeri tərəfindən rədd edilib. Mənə məlum olduğuna görə, monitorinq səfərləri adətən seçkilərdən sonra yalnız yeni hökumətlərə verdikləri vədləri yerinə yetirmək üçün imkanın verilməsi məqsədilə rədd edilir. Lakin bunun birmənalı olaraq Ermənistana aidiyyəti toxdur. Mən hiss edirəm ki, Ermənistan hakimiyyəti həmməruzəçilərin səfərini mənə görə, mənim demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı öhdəçiliklərimə görə yubadırlar. Çünki onlar Assambleyanın yeni, daha müstəqil məruzəçi təyin edəcəyinə əmindirlər. Bu heç bir vəchlə mənim şəxsi nüfuzum məsələsi deyil, lakin monitorinq prosesinin maneçiliyinə yönələn addımlar Parlament Assambleyası və Avropa Şurasının Ermənistanın qoruyacağına öhdəlik götürdüyü əsas dəyərlərini təhqir etmək deməkdir. Bu öhdəliklər də nəzərdə tutur ki, həmməruzəçilərin faktların toplanması missiyası ilə səfərinə kömək üçün hər şey etmək lazımdır. Beləliklə, sizdən mənim həmməruzəçi kimi hakimiyyətlə forumadək və ya ondan sonra görüşməklə bağlı istəyimə baxmanızı xahiş edirəm", - məktubda deyilir.

Avropa Şurasının "Demokratiyanın gələcəyi üçün. 2020-ci ilin perspektivləri. Avropada demokratiya, prinsip və çağırışlar" forumu oktyabrın 19-20-də Yerevanda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti