...

Azərbaycanda keçiriləcək parlament seçkisi ilə bağlı Mətbuat Şurası monitorinq qrupu yaradacaq

Siyasət Materials 8 Oktyabr 2010 19:45 (UTC +04:00)
Azərbaycanda keçiriləcək parlament seçkisi günü Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvlərindən ibarət monitorinq qrupu formalaşdırılacaq.
Azərbaycanda keçiriləcək parlament seçkisi ilə bağlı Mətbuat Şurası monitorinq qrupu yaradacaq

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Azərbaycanda keçiriləcək parlament seçkisi günü Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvlərindən ibarət monitorinq qrupu formalaşdırılacaq. Trend-in məlumatına görə, bunu Şuranın sədri Əflatun Amaşov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının media üzrə təhlilçisi Rasto Kucellə görüşündə deyib.

"Şura qarşıdakı müddətdə ölkənin aparıcı KİV-ində seçki ilə bağlı gedən materialların monitorinqini aparmağı da nəzərdə tutur", - Amaşov deyib. Məlumatı cümə günü MŞ-nin mətbuat xidməti yayıb.

Görüşdə Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb, Şuranın fəaliyyət göstərdiyi müddətdə jurnalistlərin seçkini işıqlandırmaları ilə bağlı məsələləri də daim diqqətdə saxladığını deyib.

"Mətbuat Şurası seçki günü "Qaynar xətt" yaradır. Bu rejim kütləvi informasiya vasitələri təmsilçilərinə seçkini işıqlandırarkən üzləşdikləri çətinliklər barədə operativ məlumat vermək imkanı yaradır. Builki parlament seçkisində də eyni qaydada fəaliyyət göstəriləcək", - Amaşov bildirib.

Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti