...

Azərbaycanın xarici işlər naziri İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 12 Oktyabr 2010 17:20 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikası xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, - məlumatı çərşənbə axşamı XİN-in mətbuat xidməti yayıb.
Azərbaycanın xarici işlər naziri İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikası xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib,  - məlumatı çərşənbə axşamı XİN-in mətbuat xidməti yayıb.

Bakıda keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin növbəti toplantısında iştirak edən İranın xarici işlər nazirinin müavini Azərbaycana səfərindən məmnunluq ifadə etmiş və tədbirin gedişi ilə bağlı məlumat vermişdir.

Məmmədyarov Xəzər dənizinə dair məsələlərlə bağlı Azərbaycanla İran arasında həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu vurğulamışdır.
Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

Xəbər lenti

Xəbər lenti