...

Azərbaycanda Parlament seçkilərində iştirak edən siyasi partiyalar emblemlərini iki gün ərzində MSK-ya göndərməlidirlər

Siyasət Materials 14 Oktyabr 2010 10:36 (UTC +04:00)
Azərbaycanda Parlament seçkilərində iştirak edən siyasi partiyalar və siyasi partiyaların blokları emblemlərini iki gün ərzində Mərkəzi Seçki Komissiya­sına göndərməlidirlər.
Azərbaycanda Parlament seçkilərində iştirak edən siyasi partiyalar emblemlərini iki gün ərzində MSK-ya göndərməlidirlər

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Parlament seçkilərində iştirak edən siyasi partiyalar və siyasi partiyaların blokları emblemlərini iki gün ərzində Mərkəzi Seçki Komissiya­sına göndərməlidirlər. Bu barədə MSK-nın cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumatda deyilir ki, Azərbaycan Milli Məclisinə seçkilərdə seçki bülletenləri hazırlanarkən, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54-cü maddə­sinə uyğun irəli sürülərək qeydə alınmış deputatlığa namizədlər barədə digər məlumatlarla yanaşı, həmin namizədlərin mənsub olduqları siyasi partiyanın emblemi də göstərilməlidir.

Azərbaycanda Parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti