...

İnsidentlərin qarşısının alınması və onlara reaksiya verilməsi mexanizminin böyük potensialı var – ATƏT-in xüsusi nümayəndəsi Nurqaliyev

Siyasət Materials 15 Oktyabr 2010 11:47 (UTC +04:00)
İnsidentlərin qarşısının alınması və onlara reaksiya verilməsi mexanizminin böyük potensialı var. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Bolat Nurqaliyev cümə axşamı Cenevrə müzakirələrinin 13-cü mərhələsinin başa çatmasından sonra bəyan edib. Bu barədə ATƏT-in məlumatında deyilir.
İnsidentlərin qarşısının alınması və onlara reaksiya verilməsi mexanizminin böyük potensialı var – ATƏT-in xüsusi nümayəndəsi Nurqaliyev

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.Hüseynov/

İnsidentlərin qarşısının alınması və onlara reaksiya verilməsi mexanizminin böyük potensialı var. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Bolat Nurqaliyev cümə axşamı Cenevrə müzakirələrinin 13-cü mərhələsinin başa çatmasından sonra bəyan edib. Bu barədə ATƏT-in məlumatında deyilir.

"Mən dərindən əminəm ki, çoxlu sayda insanın gündəlik həyatına müsbət təsir etmək üçün Dvani/Ertneqi insidentlərinin xəbərdarlıq və nizamlama mexanizminin böyük potensialı var", - səfir Bolat Nurqaliyev bildirib.

Onun sözlərinə görə, son iki ildə Cenevrə müzakirələri təhlükəsizlik, sabitlik və humanitar məsələlər sahəsində mümkün qərarların müzakirəsi üçün struktur kimi xidmət göstərir.

Nurqaliyev digər iki həmsədrlə (BMT-dən Antti Turunen və Aİ-dən Pyer Morel) birgə insidentlərin qarşısının alınması və onlara reaksiya verilməsi mexanizmi (IPRM) çərçivəsində müntəzəm görüşlərin bərpasına çağırıb.

Cenevrə müzakirələrinin aparılması zərurəti 2008-ci il avqust münaqişəsindən sonra yaranıb. 2008-ci ilin oktyabrından Cenevrədə keçirilən görüşlərdə Gürcüstan, Rusiya, ABŞ, Abxaziya və Cənubi Osetiya tərəfləri, Aİ, BMT və ATƏT nümayəndələri iştirak edirlər. Cenevrə görüşlərinin nəticələrindən biri münaqişə zonalarında insidentlərin qarşısının alınması və onların tənzimlənmə mexanizmlərinin işlənilib-hazırlanması oldu.
Bu dəfə müzakirələr iki paralel işçi qrupda aparılıb. Onlardan biri regionda təhlükəsizlik və sabitlik, digəri isə humanitar məsələlərə baxıb.
Tərəflər növbəti görüşün dekabrın 16-da keçirilməsini planlaşdırıblar.

Xəbər lenti

Xəbər lenti