...

Azərbaycan MSK hər namizəd üçün müəyyən efir vaxtının verilməsi prosesini təmin edəcək – Məzahir Pənahov

Siyasət Materials 15 Oktyabr 2010 17:37 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası hər namizəd üçün müəyyən olunmuş efir vaxtının verilməsi prosesini təmin edəcək.
Azərbaycan MSK hər namizəd üçün müəyyən efir vaxtının verilməsi prosesini təmin edəcək – Məzahir Pənahov

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası hər namizəd üçün müəyyən olunmuş efir vaxtının verilməsi prosesini təmin edəcək. Bu barədə cümə günü jurnalistlərə MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, qanunvericilik tələbləri qüvvədə qalır və pulsuz efir vaxtı yalnız 60-dan çox namizədinin qeydiyyatdan keçdiyi partiyalara veriləcək.

"Bu gün deputatlığa namizədlərin təşviqat prosesinə başlanılıb və saat 21:00-da İctimai televiziyada pulsuz efir vaxtı ayrılmalıdır", - Pənahov deyib.

Onun sözlərinə görə, İctimai televiziya vasitəsilə hər namizədə dörd dəqiqə ayrılacaq. İctimai televiziya hər gün 21:00-dan 23:00-dək efir vaxtı verəcək.

Pənahovun sözlərinə görə, MSK-nın namizədliklərini bərpa edəcəyi namizədlərdən əlavə, 700-dən çox namizəd seçkilərdə iştirak etmək üçün qeydiyyata alınıb.

"Mərkəzi Seçki Komissiyası daxil olan müraciətlərin üzərində diqqətlə işləyir və biz qanunvericiliyə müvafiq olaraq müraciət edənlərin böyük hissəsinin namizədliklərini bərpa etməkdə maraqlıyıq", - Pənahov deyib.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti