...

Azərbaycanda yol polisi əməkdaşları axtarışda olan 11 nəfəri saxlayıblar

Siyasət Materials 19 Oktyabr 2010 15:58 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən 9 ədəd "Kalaşnikov avtomatı", 5 ədəd tapança, 2 ədəd «TOZ» markalı tüfəng, 3 ədəd ov tüfəngi, 5 ədəd əl qumbarası, 1 864 ədəd müxtəlif kalibrli patron, 13 ədəd müxtəlif tip silah darağı və s. aşkar edilərək istintaq orqanlarına təhvil verilib.
Azərbaycanda yol polisi əməkdaşları axtarışda olan 11 nəfəri saxlayıblar

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanda bu ilin 9 ayında yol polisi əməkdaşları axtarışda olan 11 nəfəri saxlayıblar.

Baş Dövlət Yol Polisi İdarəsindən çərşənbə axşamı  Trend-ə verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən 9 ədəd "Kalaşnikov avtomatı", 5 ədəd tapança, 2 ədəd "TOZ" markalı tüfəng, 3 ədəd ov tüfəngi, 5 ədəd əl qumbarası, 1 864 ədəd müxtəlif kalibrli patron, 13 ədəd müxtəlif tip silah darağı və s. aşkar edilərək istintaq orqanlarına təhvil verilib.

Hesabat dövründə polisin digər xidmətləri ilə birgə 37 fakt üzrə 44 kq 560 qram narkotik maddə aşkar olunub.

Bu müddət ərzində BDYPİ-yə nəqliyyat vasitələrinin oğurlanması və qaçırılması barədə 122 məlumat daxil olub. Onlardan 110-u tapılaraq aşkar edilib.

Bu cinayətlərin açılma faizi 90,1% təşkil edib.

BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 68 avtomobil, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 286 fakt aşkar olunaraq,  araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.

Xəbər lenti

Xəbər lenti