...

Azərbaycanda ədalətli Parlament seçkiləri onun Avropaya gələcək inteqrasiyasını asanlaşdıra bilər – Böyük Britaniyanın dövlət naziri

Siyasət Materials 20 Oktyabr 2010 17:14 (UTC +04:00)
Azərbaycanda Parlament seçkiləri gənc, demokratik dövlətin mövcud çağırışlara cavab vermək qabiliyyətini göstərmək üçün yaxşı imkan ola bilər. Bakıda səfərdə olan Böyük Britaniyanın dövlət naziri Devid Lidinqton belə hesab edir.
Azərbaycanda ədalətli Parlament seçkiləri onun Avropaya gələcək inteqrasiyasını asanlaşdıra bilər – Böyük Britaniyanın dövlət naziri

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Y.Ostapenko/

Azərbaycanda Parlament seçkiləri gənc, demokratik dövlətin mövcud çağırışlara cavab vermək qabiliyyətini göstərmək üçün yaxşı imkan ola bilər. Bakıda səfərdə olan Böyük Britaniyanın dövlət naziri Devid Lidinqton belə hesab edir.

"Gələn ay keçiriləcək Parlament seçkilərində Azərbaycanın, gənc demokratik ölkə olmasına baxmayaraq, öz qonşularına və Aİ-yə həyati vəzifələrə reaksiya verməyi nümayiş etdirmək üçün yaxşı imkanı yaranacaq", - Lidinqton çərşənbə günü Azərbaycan Dillər Universitetində çıxışı zamanı deyib.

Dövlət naziri çərşənbə günündən cümə gününədək Bakıda olacaq. Onun səfərinin məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, Britaniya və Azərbaycan iş adamlarının əməkdaşlığının inkişaf etdirilməsinə kömək göstərməkdir.

"Biz istərdik ki, seçkilər beynəlxalq standartlara uyğun keçirilsin; Azərbaycan ATƏT-in 2008-ci il tövsiyələrini, xüsusən, mətbuat azadlığı və azad toplaşma sahəsindəki tövsiyələrini nəzərə alsın", - dövlət naziri vurğulayıb. - "Azərbaycan bu vəzifənin öhdəsindən gələ bilsə, onun digər tərəfdaşları kimi, Böyük Britaniya üçün də Azərbaycanın gələcək inteqrasiyasını dəstəkləmək daha asan olacaq".

Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Lidinqtonun sözlərinə görə, Böyük Britaniya hökuməti inanır ki, üzvlük perspektivi olmadan Avropa İttifaqında üzvlük və Avropaya inteqrasiya, buna səy göstərən bütün Avropa ölkələri üçün mümkün olmalıdır. Azərbaycan da onların arasındadır.

"Aİ-yə inteqrasiya və üzvlüyə yol tərəfdaş ölkələrdə həqiqi siyasi liderliyin uyğunlaşdırılamasını, eləcə də Avropa İttifaqı tərərfindən dəstək və ekspertizanı tələb edən mürəkkəb prosesdir", - dövlət naziri vurğulayıb.

Azərbaycan Avropa İttifaqı ilə assosiativ saziş üzrə danışıqlar prosesindədir. İyulun ortalarında Cənubi Qafqazın üç ölkəsi ilə bu danışıqların birinci raundu keçirilib. Saziş ümumi dəyərlərin hazırlanması üzrə birgə öhdəliklərə əsaslanır və siyasi dialoq, ədliyyə, azadlıq və təhlükəsizlik, eləcə də ticarət və əməkdaşlıq məsələləri daxil olmaqla, geniş sahələri əhatə edir.

"Mən Azərbaycanın gələcək inteqrasiyadan faydalanacağına və əsasən, Avropa İttifaqının bazarlarına daxilolma ilə bağlı assosiativ sazişin başa çatacağına inanıram", - Böyük Britaniyanın Mühafizəkarlar Partyasının üzvü Lidinqton öz çıxışında deyib.

"Lakin bu, yalnız Azərbaycanın demokratik, məhkəmə və iqtisadi islahatlarda əhəmiyyətli irəliləyişi ilə mümkündür", - o əlavə edib.

"Bunun üçün Azərbaycan bir neçə çətin qərar qəbul etməli olacaq", - Lidinqton Aİ-nin bu islahatların aparılmasında öz kömək və dəstəyini təklif etməyə hazır olduğunu qeyd edib.

"Azərbaycanın modernləşdirilməsinə böyük təkan yekun olacaq. Bu, ölkənin əsas milli marağıdır", - dövlət naziri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti