...

Rusiyanın "Sülh" layihəsində iştirakdan imtinası Moskvanın Tehrandan uzaqlaşmasına daha bir sübutdur– ekspertlər

Siyasət Materials 21 Oktyabr 2010 15:07 (UTC +04:00)
Rusiyanın İranla birgə qaz layihəsində iştirakdan imtina etməsi, bəzi ekspertlərin fikrincə, Moskvanın Tehranla bağlı dəyişkən siyasətindən, digərlərinin fikrincə, Rusiyanın onun üçün daha sərfəli layihələrə istiqamətini yönəltməsindən xəbər verir.
Rusiyanın "Sülh" layihəsində iştirakdan imtinası Moskvanın Tehrandan uzaqlaşmasına daha bir sübutdur– ekspertlər

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir T.Konyayeva/

Rusiyanın İranla birgə qaz layihəsində iştirakdan imtina etməsi, bəzi ekspertlərin fikrincə, Moskvanın Tehranla bağlı dəyişkən siyasətindən, digərlərinin fikrincə, Rusiyanın onun üçün daha sərfəli layihələrə istiqamətini yönəltməsindən xəbər verir.

"[Rusiyanın] İranla əməkdaşlığı daha çox İranın xeyrinə meyillənmiş formada gedirdi", - Yaxın Şərqin Öyrənilməsi İnstitutunun prezidenti Yevgeni Satanovski elektron-poçtla Trend-ə bildirib. - "Tehran bunu unutmalı olacaq - Rusiyanın tərəfdaşlarının siyahısı İİR-dən daha böyükdür və Moskva daha sərfəli layihələri seçə bilər. 90-cı illərdə olduğu kimi, onların hamısını birdən qamarlamaz ".

Ötən həftənin sonlarında Rusiyanın "Sülh" adı ilə tanınan İran-Pakistan-Hindistan qaz kəmərinin tikintisi kimi irimiqyaslı geosiyasi layihədə iştirakdan imtina etdiyi məlum olub. Rusiyanın Pakistandakı səfiri Andrey Budnik bəyan edib ki, "Heç bir Rusiya şirkəti Pakistanla İran arasında qaz layihəsinin həyata keçirilməsində maraqlı deyil".

Satanovskinin fikrincə, "Sülh" qaz kəməri layihəsi son dərəcə risklidir və onun iqtisadi sərfəliliyi kəmərdəki terror hədələrindən fərqli olaraq çox böyük suallar doğurur.

"Pakistanda, eləcə də İranla sərhəddə qeyri-sabitlik artır", -o bildirib. - "Bəluc separatizmi, Pəncab taliblərinin fəallaşması, Əfqanıstanda koalisiyanın açıq-aşkar məğlubiyyətə düçar olması boru kəmərinin tikintisində iştirakdan imtina edilməsinin başlıca səbəblərindəndir".

Satanovski hesab edir ki, bu layihəyə qarşı dəlillərdən daha biri Hindistanın hələ öz ərazisində boru kəmərini qəbul etməsini təsdiqləməməsidir və onun bu layihədə iştirak etməməsidir.
"Hindistan həmişə böyük layihələdə iqtisadi riskləri nəzərə alır", - o deyib. - "Əgər Dehli enerjidaşıyıcılarına ehtiyacı olduğu halda, layihədən kənarda qalırsa, deməli, layihə ilə bağlı nəsə var".

Dəyəri 7,6 milyard dollar olan "Sülh" qaz kəməri layihəsi İran qazının Pakistana nəqlini nəzərdə tutur. Qaz yerli "Cənubi Pars" yatağından tədarük olunacaq. Qaz kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 22 milyard kubmetr təbii qaz təşkil edəcək, sonradan onun 55 milyard kubmetrədək artırılacağı gözlənilir.

Göstərilən boru kəmərinin uzunluğu 2 700 kilometr təşkil edir, onun 1 000 kilometri Pakistanın, 600 kilometri isə Hindistanın payına düşür. Borunun diametri 1 400 millimetr təşkil edir. Lakin Hindistan layihədə iştirakdan imtina edərsə, onun diametri 1 050 millimetr təşkil edəcək. Tikinti sazişə uyğun olaraq 2010-cu ilin ortalarında başlanmalı idi və təxminən, beş il davam etməlidir.

İranda artıq qaz kəmərinin Asalue qaz emalı kompleksindən İranşəhrədək 900 kilometri inşa edilib.

2008-ci ildə Hindistan layihədən çıxdığını elan edib və qaz layihəsində tam iştirak üçün Pakistanla qaz tranzitinin qiyməti haqqında məsələni nizamlamaq zərurətini səbəb kimi göstərib.

Amerikalı ekspert Ted Karpenterin fikrincə, qaz kəmərinin tikintisində iştirakdan imtina haqqında qərar Rusiyanın İranla bağlı siyasətini dəyişməsinə sonuncu əlamətdir.

"Kreml Tehranın, xüsusilə onun nüvə proqramına münasibətdə hərəkətlərindən getdikcə daha artıq təşvişə düşür və müvafiq şəkildə reaksiya verməyə başlayır", - ABŞ-ın Katgo Universitetinin müdafiə və xarici siyasətin öyrənilməsi şöbəsinin (Defense and Foreign Policy Studies, Cato Institute) vitse-prezidenti Karpenter elektron-poçtla Trend-ə bildirib.

Onun sözlərinə görə, Moskva İranın etibarlı dostu və ticarət tərəfdaşından İİR-ə münasibətdə özünün daha ziddiyyətli mövqeyinədək yol qət edib.

"Rusiyanın BMT-nin daha sərt iqtisdai sanksiyalar qəbul etməsinə razılıq verməsi və S-300 sistemlərini satmaqdan açıq şəkildə imtina etməsi dəyişən münasibətlərin digər əlamətidir", - Karpenter deyib. - "İkitərəfli münasibətlər hələ şahın hakimiyyəti vaxtında olduğu kimi, qarşılıqlı düşmənçilik mərhələsinə keçməyib, lakin indi onlar son illər olduğundan daha az səmimidir".
Rusiya Prezidenti Dmitri Medvedev sentyabrın 22-də İrana "S-300" raketəleyhinə müdafiə sistemi, hərbi təyyarələr, hərbi gəmilər və zirehli texnikaların verilməsinin qadağan edilməsi, İranın nüvə proqramının fəaliyyətində əlaqəsi olan bəzi şəxslərin Rusiyaya gəlməsinin qadağan olunması və sığorta şirkətlərinin İran ilə əməkdaşlığına limit qoyulması haqqında fərman imzalayıb. Bu, dövlət başçısının BMT TŞ-nın 2010-cu il 9 iyun tarixli 1929 saylı qətnaməsinin yerinə yetirilməsi tədbirləri haqqında imzaladığı sərəncamda nəzərdə tutulur. İrana "S-300" ZRK-nin beş divizionunun satışı haqda müqavilə 2007-ci ilin sonlarında imzalanıb. Sövdələşmənin məbləği 800 milyon dollar təşkil edir.

Professor Kamran Dadxah (Kamran Dadkhah) hesab edir ki, Rusiya ilə İran arasında mürəkkəb münasibətlər yaranır.

"Bir tərəfdən, Rusiya İranı nüvə silahına malik və güclü görmək istəmir, digər tərəfdən, Rusiya ABŞ-la İran arasında ziddiyyətləri özü üçün sərfəli hesab edir və gələcəkdə, hətta pərdəarxası olsa belə, onu təşviq edəcək", - ABŞ Şimal-Şərq Universitetinin professoru Dadxah elekton-poçt vasitəsilə Trend-ə bildirib.

Onun fikrincə, Rusiya İranla Birləşmiş Ştatlar arasındakı iqtisadi düşmənçilikdən qazanır. "Rusiya Xəzər dənizi məsələsində İranı praktik olaraq 1921 və 1940-cı illər sazişləri üzrə hüquqlarından məhrum edib", - Dadxah deyir. - "Bundan başqa, Rusiya ticarət həcmi etibarilə böyük olmasa da , İrana təyyarələr və hərbi texnika satır, eləcə də "Buşəhr" AES-in tikintisi üzrə üzərinə öhdəlik götürüb.

Onun sözlərinə görə, Rusiya beynəlxalq arenada layiqli yer tutmağa çalışan oyunçudur. Belə ki, o, Sovet İttifaqının süquta uğramasınadək olduğu iri dövlət deyil.

"Buna görə də Rusiya üçün İran kimi "təcrid olunmuş ölkə"yə dost münasibətdə ölkə kimi baxılmaması vacibdir", - Dadxah bildirir. - "ABŞ-la münasibətlər İranla ticarət tərəfdaşlığı münasibətlərindən son dərəcə daha vacibdir ".

O güman edir ki, Moskva ikibaşlı oyun aparacaq; o, Tehranla əlaqələri genişləndirmədən onları saxlayacaq və ABŞ-la münasibətlərdə İran kartını oynayacaq.

Digər tərəfdən, onun fikrincə, İrandakı hakim rejim üçün "xarici düşmən"in olması və öz mütləq hakimiyyətini möhkəmləndirməsi vacibdir, lakin bu praktika İran xalqının milli maraqlarına ziyan vurur.

"Ölkə nisbətən daha əlverişli tərəfdaşlarla ticarət və ya ən yaxşı alternativ seçim imkanından məhrumdur", - Dadxah bildirib. - "Nəticədə Çin, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və indi, hətta Türkiyə və Hindistan kimi ölkələr vəziyyətdən istifadə edərək, iranlıların hesabına iqtisadi səmərə əldə edirlər".

Beynəlxalq məsələlər üzrə iranlı ekspert Həsən Behiştipur (Hasan Behishtipur) bu xəbərə şübhə ilə yanaşır və hesab edir ki, əgər Rusiyanın İranla bağlı siyasətində hansısa dəyişiklik baş verərsə, onda yeni kurs Rusiyanın Pakistandakı Səfirliyi səviyyəsində deyil, Rusiya rəhbərliyinin nümayəndələri tərəfindən açıqlanacaq.

"Rusiya Səfirliyində bilməmiş deyillər ki, 1929 saylı qətnamə İranın energetika sektoruna qarşı yönəlməyib", - Behiştipur telefonla Trend-ə bildirib. - "Baxmayaraq ki, ABŞ, Avropa, Kanada, Avstraliya və Yaponiya İrana qarşı enerji sanksiyaları tətbiq ediblər, lakin Rusiyanın siyasəti bu ölkələrin siyasətindən fərqlənir".

Sənəd İran gəmilərində yoxlamaların aparılması və ölkə gəmiçiliyinin məhdudlaşdırılması ilə yanaşı, İranın xaricdəki banklarının İranın nüvə və ya raket proqramına aidiyyəti olduğuna şübhə yarandıqda, onlara qarşı sanksiyaları da nəzərdə tutur. Qətnamədə İran banklarının, o cümlədən, Mərkəzi Bankın iştirakı ilə tranzaksiyaların keçirilməsi zamanı diqqətli olmağa və ölkələrə İranın maliyyə tranzaksiyalarını, o cümlədən, sığorta sahəsindəki tranzaksiyalarını blokadaya almağı tələb yox, çağırış səslənir.

Behiştipurun sözlərinə görə, əgər Rusiya ABŞ-la enerji sanksiyaları sahəsində də əməkdaşlıq edərsə, onda bu, Moskvanın yeni siyasi kursu olacaq.əsmi şəxsləri tərəfindən belə bəyanatların verilməsini gözləmək lazımdır, - o deyib. - Hesab edirəm ki, bu bəyanat kifayət qədər məlumata malik olmayan həmin səfirlik tərəfindən edilib. Lakin əgər Rusiya həqiqətən də yeni siyasət yürütmək niyyətindədirsə, belə bəyanatlar verməklə, о, mümüknü reaksiyanı qiymtələndirir".

Materialın hazırlanmasında T.Cəfərov iştirak edir.

Xəbər lenti

Xəbər lenti