...

Xəzərdə səmərəli əməkdaşlıq bütün beş Xəzəryanı dövlətin uzunmüddətli maraqlarına cavab verir – Türkmənistan Prezidenti

Siyasət Materials 23 Oktyabr 2010 11:57 (UTC +04:00)
Xəzər vacib strateji regiondur və burada səmərəli əməkdaşlığın yaradılması bütün beş Xəzəryanı dövlətin uzunmüddətli maraqlarına cavab verir. Bu barədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov dünən rusiyalı həmkarı Dmitri Medvedevlə görüşündə bəyan edib.
Xəzərdə səmərəli əməkdaşlıq bütün beş Xəzəryanı dövlətin uzunmüddətli maraqlarına cavab verir – Türkmənistan Prezidenti

Türkmənistan, Aşqabad, 23 oktyabr /Trend, müxbir H.Həsənov/

Xəzər vacib strateji regiondur və burada səmərəli əməkdaşlığın yaradılması bütün beş Xəzəryanı dövlətin uzunmüddətli maraqlarına cavab verir. Bu barədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov dünən rusiyalı həmkarı Dmitri Medvedevlə görüşündə bəyan edib.

Xəzər Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanla həmsərhəddir. İki dövlət başçısının - Türkmənistan və RF rəhbərlərinin görüşü Xəzər sahilində yerləşən Türkmənbaşı şəhərində keçirilib.

"Türkmənistanın prinsipial yanaşması ondan ibarətdir ki, Xəzərdəki hüquqi statusa və həyat fəaliyyətinə dair bütün məsələlər Xəzəryanı dövlətlərin özləri tərəfindən hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun, bir-birinin maraqlarını nəzərə almaqla, hüquq bərabərliyi və qarşılıqlı hörmət əsasında həll olunmalıdır", - türkmən lideri bildirib.

Xəbər lenti

Xəbər lenti