...

Gürcüstan ATƏT missiyasının qayıtmasında maraqlıdır - XİN

Siyasət Materials 25 Oktyabr 2010 15:29 (UTC +04:00)
Vyanada ATƏT sammitində gürcü tərəfi növbəti dəfə təşkilatın missiyasının Gürcüstana qayıtmasında maraqlı olduğunu qeyd edəcək. Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bazar ertəsi brifinqdə bildirib.
Gürcüstan ATƏT missiyasının qayıtmasında maraqlıdır - XİN

Gürcüstan, Tbilisi, 25 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Vyanada ATƏT sammitində gürcü tərəfi növbəti dəfə təşkilatın missiyasının Gürcüstana qayıtmasında maraqlı olduğunu qeyd edəcək. Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bazar ertəsi brifinqdə bildirib.

Onun sözlərinə görə, Vyanada konfrans noyabrın 18-də başlayacaq və 1 gün davam edəcək. O, təhlükəsizlik, iqtisadiyyat və ətraf mühit məsələlərinə həsr olunacaq.

"Gürcü tərəfi artıq münaqişələrdə ATƏT missiyasının rolu ilə bağlı öz baxışlarını təqdim edib. Biz missiyanın Gürcüstana qayıtmasında və işğal olunmuş ərazilərdə monitorinq keçirməsinin tərəfdarıyıq", - Kalandadze bəyan edib.

Xəbər lenti

Xəbər lenti