...

Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Xəzərdə təhlükəsizlik haqqında saziş layihəsini müzakirə ediblər

Siyasət Materials 25 Oktyabr 2010 20:07 (UTC +04:00)
Rusiya və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri Sergey Ryabkov və Xələf Xələfov Moskvada Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında çoxtərəfli saziş layihəsi ilə bağlı vəziyyəti müzakirə ediblər. Bu barədə bazar ertəsi Rusiya XİN-dən bildiriblər.
Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Xəzərdə təhlükəsizlik haqqında saziş layihəsini müzakirə ediblər

Rusiya və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri Sergey Ryabkov və Xələf Xələfov Moskvada Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında çoxtərəfli saziş layihəsi ilə bağlı vəziyyəti müzakirə ediblər. Bu barədə bazar ertəsi Rusiya XİN-dən bildiriblər.

2008-ci ilin sentyabrında Azərbaycan Xəzəryanı dövlətlər arasında Xəzərdə təhlükəsizlik üzrə öz saziş layihəsini yayıb. Bundan sonra bütün tərəflər sənədə ilkin iradlarını bildiriblər və görüşdə iştirak etməyə hazır olduqlarını bəyan ediblər.

"Tərəflərin Bakıda keçiriləcək növbəti üçüncü sammitdən əvvəl layihənin tamamlanmasını fəallaşdırmaqla bağlı qətiyyətləri bildirilib", - Rusiya XİN-in saytındakı məlumatda deyilir.

Xəzərdə təhlükəsizliyə dair saziş layihəsində müxtəlif istiqamətlər - sərhəd idarələri, narkotiklə mübarizə xidmətləri, FHN, DİN xətti, liman idarələri, nəqliyyat, neft infrastrukturunun təhlükəsizlik məsələləri üzrə çoxtərəfli əməkdaşlıqdan gedir.

Martda Xəzəryanı ölkələr Bakıda sərhəd, gömrük xidmətləri və daxili işlər orqanlarının xətti ilə Xəzərdə təhlükəsizliyin təmini üzrə birgə fəaliyyət haqqında sazişin əsas müddəalarını razılaşdırıblar.

Xəbər lenti

Xəbər lenti