...

Azərbaycan Prezidenti Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 26 Oktyabr 2010 20:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabenin etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidenti Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabenin etimadnaməsini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfir fəxri qarovul dəstəsinin önündən keçib.

Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

Səfir Şusuke Vatanabe Yaponiya İmperatoru Akihitonun salamlarını dövlətimizin başçısına çatdırıb. Səfir qeyd edib ki, Akihitonun qəbulunda olarkən İmperator ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı istəyini ifadə edib. Səfir Şusuke Vatanabe ölkəmizin təkcə təbii sərvətlərlə deyil, insan resursları ilə də zəngin olduğunu vurğulayıb.

Prezident İlham Əliyev səfirin Azərbaycanda fəaliyyəti dövründə əlaqələrimizin uğurla inkişaf edəcəyinə əminliyini bildirib və ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi olduğunu deyib. Azərbaycan ilə Yaponiyanın müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin yaxşı nəticələr verdiyini qeyd edib. İqtisadi əlaqələrimizin daha da genişlənəcəyinə ümidvar olduğunu deyən dövlətimizin başçısı Yaponiya şirkətləri ilə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Siyasi münasibətlərimizin də çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Dövlətimizin başçısı Yaponiya İmperatoru Akihitonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Yaponiya İmperatoruna çatdırmağı xahiş edib.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti