...

Azərbaycanda seçkiqabağı sabit vəziyyət müşahidə olunur - Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov

Siyasət Materials 28 Oktyabr 2010 11:17 (UTC +04:00)
Azərbaycanda tamamilə sabit seçkiqabağı vəziyyət müşahidə olunur, siyasi mübarizə üçün bütün şərait yaradılıb, seçki institutları dinamik fəaliyyətdədirlər. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Azərbaycanda seçkiqabağı sabit vəziyyət müşahidə olunur - Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda tamamilə sabit seçkiqabağı vəziyyət müşahidə olunur, siyasi mübarizə üçün bütün şərait yaradılıb, seçki institutları dinamik fəaliyyətdədirlər. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Azərbaycanda seçkiqabağı kampaniya ilə əlaqədar ciddi hüquq pozuntuları müşahidə edilmir", - o deyib.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi siyahıya görə, ölkədə daimi yaşayan seçicilərin sayı beş milyon nəfərdən artıqdır.

Əli Həsənovun sözlərinə görə, bir sıra seçki dairələrində yaranan problemlər seçici institutları tərəfindən vaxtında öyrənilir və qarşısı alınır.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

Xəbər lenti

Xəbər lenti