...

Gürcüstanla İran arasında vizasız rejimin tətbiqi ABŞ üçün qıcıqlandırıcı amil olmayacaq - XİN

Siyasət Materials 1 Noyabr 2010 13:48 (UTC +04:00)
Tehranla Tbilisi arasında vizasız rejimin tətbiq olunacağı halda Gürcüstanda ABŞ-ın rolunun zəifləyəcəyi haqqında danışıqlar əsassızdır. Bu barədə XİN başçısının müavini Nino Kalandadze bazar ertəsi ənənəvi brifinqdə bildirib.
Gürcüstanla İran arasında vizasız rejimin tətbiqi ABŞ üçün qıcıqlandırıcı amil olmayacaq - XİN

Gürcüstan, Tbilisi, 01 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Tehranla Tbilisi arasında vizasız rejimin tətbiq olunacağı halda Gürcüstanda ABŞ-ın rolunun zəifləyəcəyi haqqında danışıqlar əsassızdır. Bu barədə XİN başçısının müavini Nino Kalandadze bazar ertəsi ənənəvi brifinqdə bildirib.

Bəzi ekspertlər İranla Gürcüstan arasında vizasız rejimin tətbiqinə şübhə ilə yanaşırlar və hesab edirlər ki, bu addım regionda, eləcə də Gürcüstanda ABŞ-ın mövqeyinin zəifləməsinə gətirib çıxaracaq, Tehranla Tbilisinin yaxınlaşması isə Vaşinqton üçün qıcıqlandırıcı amil olacaq.

"Bu halda skeptisizim tamamilə əsassızdır. ABŞ-ın rolunun zəifləməsi mümkün deyil. Ona görə ki, Amerika bizim strateji müttəfiqimizdir. Biz böyük dərəcədə ABŞ-dan asılıyıq, söhbət həm dost, həm də siyasi dəstəkdən gedir. İranla münasibətlər açıq və müttəfiqlərimizlə daimi dialoq formatında qurulur. Müvafiq olaraq, bu heç kim üçün qıcıqlandırıcı amil olmayacaq", - Kalandadze bəyan edib.

Onun sözlərinə görə, İran Gürcüstanın viza rejimini sadələşdirdiyi yeganə ölkə deyil. Son vaxtlar iranlı turistlərin Gürcüstana axını iki dəfə artıb. Kalandadze bildirib ki, bundan başqa, gürcü tərəfi bu ölkə ilə əmtəə dövriyyəsinin artmasında da maraqlıdır ki, buna viza rejiminin sadələşdirilməsi daha da kömək edəcək.

Xəbər lenti

Xəbər lenti