...

Azərbaycan MSK parlament seçkilərində müşahidə aparacaq beynəlxalq təşkilatların siyahısını açıqlayıb

Siyasət Materials 4 Noyabr 2010 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində müşahidə aparmaq üçün qeydiyyata alınan beynəlxalq təşkilatların siyahısını açıqlayıb.

MSK-nın mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, Avropa Şurası Parlament Assambleyasının 33, Avropa İttifaqı Şurasının 5, Avropa İttifaqının Bakı üzrə nümayəndəliyinin 3, Avropa Parlamentinin 16, Türkdilli Ölkələrin Parlament Assambleyasının 10, ATƏT Parlament Assambleyasının 58, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 316 müşahidəçisi qeydiyyata alınıb.

Məlumata görə, həmçinin, MDB-nin 351, GUAM-ın 2, ABŞ səfirliyinin 31, Böyük Britaniyanın 12, Qazaxıstanın 6, Norveçin 4, Bolqarıstanın 3, Polşanın 2, Yaponiyanın 2, Belçikanın 1, Finlandiya səfirliyinin 1, Avropa Seçki Müşahidə Akademiyasının (QHT) 166, "Vestnik Kavkaza" Analitik İnformasiya Agentliyinin 2 müşahidəçisi akkreditə olunub.

Ümumilikdə 1024 beynəlxalq müşahidəçi parlament seçkilərini müşahidə etmək üçün qeydiyyata alınıb.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti