...

TürkPA-nın beynəlxalq müşahidəçilər missiyasının ilk qrupu Azərbaycana gəlib – Assambleyanın sədri

Siyasət Materials 5 Noyabr 2010 15:38 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyasının ilk qrupu parlament seçkilərinin monitorinqini aparmaq məqsədi ilə Azərbaycana gəlib. Bu barədə Trend-ə TürkPA-nın baş katibi Ramil Həsənov deyib.
TürkPA-nın beynəlxalq müşahidəçilər missiyasının ilk qrupu Azərbaycana gəlib – Assambleyanın sədri

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir M.Əliyev/

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyasının ilk qrupu parlament seçkilərinin monitorinqini aparmaq məqsədi ilə Azərbaycana gəlib. Bu barədə Trend-ə TürkPA-nın baş katibi Ramil Həsənov deyib.

"Qazaxıstanın üç parlamentarisi artıq Bakıdadır, Türkiyə Parlamentinin beş nümayəndəsi də bu gün gələcək", - Həsənov bildirib.

Onun sözlərinə görə, cümə günü TürkPA müşahidəçilərinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir.

Səfər çərçivəsində missiya namizədlər üçün yaradılan şəraiti öyrənəcək, onların seçicilərlə görüşlərinin gedişini, noyabrın 6-da seçkiqabağı təşviqatın qadağan edilməsi qaydalarına əməl olunmasını, eləcə də bəzi seçki məntəqələrində seçkilərin gedişini izləyəcək.

Noyabrın 8-də TürkPA-nın müşahidəçilər missiyası seçkilərin yekunları üzrə ilkin hesabatı açıqlayacaq.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Türkdilli Ölkələrin Parlament Assambleyası 2009-cu ildə yaradılıb.

TürkPA-nın əsas məqsədi türkdilli ölkələrin beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəklənməsi, eləcə də qanunvericilik proseslərində təcrübə mübadiləsindən ibarətdir. Assambleya türkdilli ölkələrdə dil, mədəniyyət və tarixin qorunması, bu təşkilata üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə də yaradılıb.

Xəbər lenti

Xəbər lenti