...

Saat 19:00-dək seçkini işıqlandıran jurnalistlər tərəfindən Azərbaycan Mətbuat Şurasının "qaynar xətt"inə 2 məlumat daxil olub (YENİLƏNİB)

Siyasət Materials 7 Noyabr 2010 19:24 (UTC +04:00)
Saat 19:00-dək seçkini işıqlandıran jurnalistlər tərəfindən Azərbaycan Mətbuat Şurasının "qaynar xətt"inə 2 məlumat daxil olub.
Saat 19:00-dək seçkini işıqlandıran jurnalistlər tərəfindən Azərbaycan Mətbuat Şurasının "qaynar xətt"inə 2 məlumat daxil olub (YENİLƏNİB)

RED. əlavəsi: saat 19:00-a olan məlumat əlavə edilib

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Saat 19:00-dək seçkini işıqlandıran jurnalistlər tərəfindən Azərbaycan Mətbuat Şurasının "qaynar xətt"inə 2 məlumat daxil olub. Bu barədə MŞ-nin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Cəlilabad rayonundakı seçki dairələrində, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid 83 saylı Ağcabədi-Füzuli seçki dairəsində KİV təmsilçilərinə yaradılan şəraitlə tanış olub. Onlar həmin yerlərdə KİV-lər üçün zəruri şəraitin yaradıldığını bildiriblər.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlamentə seçkilər uğrunda 690 namizəd mübarizəyə qatılıb.

Səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti